Məhkəmə qərarları › İş №3(013)-720/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-720/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-720/2025 04.11.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, ünvan 1 ünvanında yerləşən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə tərtib olunmuş inzibati materiala Ağdam Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidməti X3 Yanğın Nəzarəti İdarəsinin inspektoru X1 tərəfindən tərtib olunmuş 11 iyul 2025-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə hüquqi şəxs Şəxs MMC-nə məxsus Ağdam rayonu Qaradağlı kəndində yerləşən mağazada keçirilən planlı Yanğın-texniki müayinə zamanı YTQ 01-2001 bənd 10.4 pozulmuşdur. Qeyd olunan protokolun məzmununa görə hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. X5 Xidməti X3 Yanğın Nəzarəti İdarəsinə və Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndələrinin iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə X5 Xidməti X3 Yanğın Nəzarəti İdarəsinin və Şəxs MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan inzibati xəta haqqında protokolu və digər sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Belə ki, iş materiallarında olan MN seriyalı, № ******* nömrəli, 11 iyul 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə hüquqi şəxs Şəxs MMC-nə məxsus Ağdam rayonu Qaradağlı kəndində yerləşən mağazada keçirilən planlı Yanğın-texniki müayinə zamanı YTQ 01-2001 bənd 10.4 pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tədbiq edilir. Məhkəmə qanunvericiliyini yuxarıda sadalanan maddələrinə əsaslanaraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin inzibati xətanı törətməsi faktı sübuta yetirilir. Ona görə də hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati tənbeh edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 18.5, 30-34, 106-115 və 518.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: ünvan 1 ünvanında yerləşən hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 350 (üç yüz əlli) manat cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar