Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-722/2024 07.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi Ağdam Rayon Prokurorunun köməkçisi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi (rəhbəri) X1 iştirakı ilə, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanı olan hüquqi şəxs Şəxs MMCnin barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati materiala 07 noyabr 2024-cü il tarixdə Ağdam Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdam rayon Məhkəməsinə daxil olmuş Ağdam rayon prokuroru, ədliyyə müşaviri X2 № 24-1-2-2-401-1527-1 nömrəli material üzrə xx.xx.2024-cü il tarixli «İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında» qərarı ilə hüquqi şəxs Şəxs MMC (VÖEN: 1********) barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Qeyd olunan qərarın məzmununa görə Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən Ağdam Rayon Prokurorunun köməkçisi X7 izahatında hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X1 cəmiyyətin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələblərini pozaraq, yəni, əmək müqaviləsi barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs X6 təxminən 28 mart 2024-cü il tarixdən, 19 iyul 2024-cü il tarixinə qədər Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində inşası aparılan Ağdam-Füzuli magistral avtomobil yolunun tikilisinə xidmət göstərilməsi üçün MAK markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomaşının idarə edilməsinə icazə verməklə sürücü işinə cəlb edildiyini bildirdi və Şəxs MMC-ni Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tənbeh edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi (rəhbəri) X3 izahatında X4 ona zeng edərək işsiz olduğunu, sürücü işləmək istədiyini bildirdiyini, bundan sonra özünə məxsus, emil Transport MMC-yə icarəyə verdiyi MAK markalı ** BV *** dövlət qeydiyyat nişanlı yük avtomaşınını 28.03. 2024-cü il tarixdən onun istifadəsinə verdiyini və onun Kalyon şirkəti üçün Ağdam-Füzuli magistral avtomobil yolunun tikilisinə qum-çınqıl daşımaqla məşğul olduğunu, aralarında olan razılaşmaya görə E.Əsgərova hər gün üçün 40 manat pul verməli olduğunu və ay sonunda E.Əsgərova çatacaq pulu onun nömrəsini unutduğu bank kartına köçürdüyünü, xx.xx.2024-cü il tarixdə Kalyon şirkətinin tanımadığı işçisinin ona zəng vuraraq, E.Əsgərovun xx.xx.2024-cü il tarixdə, səhər saatlarında sanitar qovşağında olarkən yıxılıb xəsarət aldığını bildirdiyini, hazırda isə səhhətinin yaxşı olduğunu bildirdi və təmsil etdiyi Şəxs MMC-nin barəsində olan inzibati materialın qanunauyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarında olan inzibati xəta haqqında protokolu və digər sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görəfiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tədbiq edilir. Məhkəmə qanunvericiliyini yuxarıda sadalanan maddələrinə əsaslanaraq hesab edir ki, Şəxs MMC-nin inzibati xətanı törətməsi faktı sübuta yetirilir. Ona görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati tənbeh edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 18.5, 30-34, 106-115 və 192.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 20.000 (iyirmi min) manat cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-722/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-722/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver