Məhkəmə qərarları › İş №3(013)-729/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-729/2025

18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-729/2025 18.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin qanuni təmsilçisi (direktoru) X2 iştirakı ilə, Ağdam rayonu, Qazanlı qəsəbəsi ünvanı olan hüquqi şəxs Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə tərtib olunmuş inzibati materiala Ağdam Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin 20 oktyabr 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən Şəxs MMC (VÖEN **********) tərəfindən vətəndaş X1 şikayəti əsasında AR ƏM-nin 15-ci maddəsinin 2-ci hissəsinə Ağdam-Kimya MMC-yə xx.xx.2025-ci il tarixli 3-17-5/2-62287/2025 nömrəli göndərilən məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin Bakı Şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuş, xx.xx.2025-ci il tarixində müəssisə tərəfindən sənədlər natamam təqdim edilmiş və sənədlərin tam təqdim edilməsi icra olunmamışdır. Qeyd olunan protokolun məzmununa görə hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) X4 izahatında göstərmişdir ki, vətəndaş X1 şikayəti əsasında AR ƏM-nin 15-ci maddəsinin 2-ci hissəsinə Ağdam-Kimya MMCyə xx.xx.2025-ci il tarixli 3-17-5/2-62287/2025 nömrəli göndərilən məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin Bakı Şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuş, xx.xx.2025-ci il tarixində müəssisə tərəfindən sənədlər natamam təqdim edilmiş və sənədlərin tam təqdim edilməsi icra olunmamışdır. Həmin məsələ ilə əlaqədar onun barəsində X3 Xidmətinin MN № ******* nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə 1000 manat cərimə olunmuş və həmin cərimə şərti olaraq tədbiq edilmişdir. Qeyd olunanları nəzərə alaraq göstərilən nöqsanları aradan qaldırılması üçün ona müəyyən vaxt verilməsinin və ona təyin edilmiş cəriməni şərti tədbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarında olan inzibati xəta haqqında protokolu və digər sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsinə əsasən, ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə- fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsi nəzərdə tutur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Məcəllənin 5.3-cü maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə alınır. Sözügedən Məcəllənin 25.7-ci maddəsinə görə bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Həmin Məcəllənin 116.1-ci maddəsində qeyd olunur ki, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3–540.5, 541–544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi "xxxx" MMC inzibai xətanı ilk dəfədir ki, törədir. Həmçinin məhkəmə iclasında hüquqi şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi (direktoru) X4 göstərilən inzibati xətanın törədilməsi və inzibati məsuliyyətə səbəb olan halları aradan qaldırılması üçün ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar məcəlləsi heç də inzibati xəta törətmiş şəxsləri cəzalandırmaq məqsədini daşımır. İXM-si inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınması və onlara hörmət olunmasını təmin edir, inzibati xəta törətmiş şəxsin haqqında tətbiq edilən tənbeh ədalətli olmasını, tənbehin inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmasını, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə alınmasını ehtiva edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materialları qiymətləndirib, işin hazırkı halını nəzərə alıb hesab edir ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, ona maddənin sanksiyası hüdudlarında tənbeh verilməli, həmçinin Azərbaycan Respublikası İXM-nin 25.7 və 116.1-ci maddələrinin müddəaları baxımından cərimə tənbehi şərti olaraq tətbiq edilməli, inzibati məsuliyyətə səbəb olan halların aradan qaldırılması üçün "xxxx" MMC-yə 01 ay vaxt müəyyən edilməlidir. Həmin müddət ərzində inzibati məsuliyyət yaradan halların aradan qaldırılması təmin edilərsə qərar icra edilməməli, əks halda isə qərar icra edilməsi üçün yönləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İXM-nin 133-134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2000 /iki min/ manat məbləğində cərimə edilsin. İXM-nin 25.7-ci və 116.1-ci maddələrinin müddəaları baxımından "xxxx" MMC-yə təyin edilmiş cərimə tənbehi şərti olaraq tətbiq edilsin. İnzibati məsuliyyətə səbəb olan halların aradan qaldırılması üçün "xxxx" MMC-yə 01 /bir/ ay vaxt müəyyən edilsin. Qərardan 10 (on) gün müddətində Agdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar