Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 3(013)-733/2024 29.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, 07 oktyabr 2024-cü il tarixdə AYN0729520 nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə X1 tərəfindən verilmiş şikayəti üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ilə məhkəməyə müraciət edərək, 07 oktyabr 2024-cü il tarixli AYN0729520 nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə X1 qeyd olunan şikayətini nəzərdən keçirərək hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyində ümumiyyətlə protokolun ləğvi anlayışı nəzərdə tutulmamışdır. İnzibati protokol yalnız inzibati xəta hadisəsinin mövcudluğuna dair faktları əks etdirir və qərar kimi inzibati məsuliyyət yaratmır. İnzibati xəta haqqında protokol qərar qəbul edilməsi üçün əsaslar yaratsa da bu sənədin özü qərar deyil və hüquqi və fiziki şəxslər üçün məhrumiyyətlər yarada bilmir. X2 tərəfindən protokol əsasında çıxarılmış qərardan şikayət verilməsi göstyərilsə də, lakin inzibati tənbeh vermə haqqında qərarın nömrəsi və tarixi göstərilməmiş və həmin qərarın sürətini şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyində ümumiyyətlə protokolun ləğvi anlayışı nəzərdə tutulmadığından və təqdim edilmiş materiallar natamam olduğuna görə şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: X2 07 oktyabr 2024-cü il tarixli AYN0729520 nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə verilmiş şikayəti baxılmadan geri qaytarılsın. Qərardadan şikayət və protest verilə bilməz. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-733/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №3(013)-733/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver