Məhkəmə qərarları › İş №3(013)-737/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-737/2025

29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-737/2025 29.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, Ağdam rayon polis şöbəsinin DYPB-nin baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, 17 avqust 1966-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdam rayonu, Xındırıstan ərazi dairəsi, Baharlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 03 oktyabr 2025-ci il tarixdə saat 09:30 radələrində idarə etdiyi «Mercedes» minik markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs idarə etdiyi «Vaz 21099» minik markalı **-KJ-*** minik markalı avtomobillə toqquşmuş və Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti yetirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Şəxs barəsində toplanmış inzibati material baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Ağdam rayon Polis Şöbəsinin DYPB-nin baş inspektoru X3 izahatında, Şəxs 03 oktyabr 2025-ci il tarixdə saat 09:30 radələrində idarə etdiyi «Mercedes» minik markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs idarə etdiyi «Vaz 21099» minik markalı **-KJ-*** minik markalı avtomobillə toqquşmuş və Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti yetirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Odur ki, onu inzibati məsuliyyətə verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilmiş, hadisənin istməyərəkdən, ehtiyatsızlıq nəticəsində törətdiyini və ona yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında Şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödəndiyini, heç bir şikayətinin olmadığını göstərdi və protokolun qanunauyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanın törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, iş materialarında olan Ağdam RPŞ-nin DYPB tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törətmişdir. İş materiallarında olan Ağdam rayon polis şöbəsinin baş təhqiqatçısı polis mayoru X2 20 oktyabr 2025-ci il tarixli «Cinayət təqibinin başlanmasının rədd edilməsi haqında» qərarının surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə Ağdam rayon Quzanlı qəsəbəsi ərazisində Şəxs idarə etdiyi "Mercedes" markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əks hərəkət zolağına çıxaraq Zərərçəkmiş şəxs idarə etdiyi "Vaz-21099" markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, nəticədə Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Yolnəqliyyat hadisəsi nəticəsində Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati qaydada İXM 327.8-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə Ağdam RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru X3 tərəfindən tərtib edilmiş inzibati protokola, protokola əlavə olunmuş sənədlərə əsasən Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir və bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48- 51,61, 114,128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar