Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-74/2025 04.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1980-cı ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Yusifcanlı kəndində qeydiyyatda olan, Ağdam rayonu Alıbəyli-1 qəsəbəsi ev 10-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 03 fevral 2025-ci ildə saat 21 radələrində yaşadığı Ağdam rayonunun Alıbəyli- 1 qəsəbəsində yerləşən evdə arvadı X4 ilə mübahisə edib sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlədib ictimai-qaydanı pozmuş, həmin vaxt X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə etdiyi müraciət əsasında hadisə yerinə gəlib onu intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs təqsirini etiraf edərək bildirmişdir ki, 03 fevral 2025-ci ildə yaşadığı evdə sərxoş olmuş və arvadı X4 ilə mübahisə edərək sonuncunu söymüşdür. Günel evə polis çağırmışdır. Sərxoş olduğu üçün polis əməkdaşları ilə mübahisə etmişdir. Polis əməkdaşı onu sakitləşdirmək istəmiş, o isə sərxoş olduğundan sakitləşməmişdir. İlk dəfə olaraq inzibati xəta törətdiyini, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini və himayəsində iki azyaşlı uşağının olduğunu qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Ağdam Rayon Polis X1 Bölməsinin sahə polis nəfəri X3 şahid qismində məhkəmədə izahat verib göstərmişdir ki, 03 fevral 2025-ci ildə Şəxs arvadı X4 ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək ərinin yaşadığı evdə onunla mübahisə etdiyini bildirərək polis çağırmışdır. Saat 21 radələrində hadisə yerinə getmişlər. Şəxs arvadının ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Şəxs sakitləşdirmək istəmiş, lakin Əli sərxoş olduğundan öz nalayiq ifadələrini davam etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, polis əməkdaşının məhkəmədə verdiyi izahat və digər iş materialları ilə təsdiq olunur. İş materiallarında olan sərxoşluq üçün xx.xx.2025-ci il tarixli 30 saylı arayışdan görünür ki, Şəxs inzibati xəta törədərkən sərxoş olmuşdur. Şəxs inzibati xətanı sərxoş halda törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs həmin gün saat 22:00-da inzibati qaydada tutulmuş və xx.xx.2025-ci ildə saat 11:00-da azad olunmuşdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, səkkiz gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 03 fevral 2025-ci il saat 22:00-dan hesablansın. Qərarın icrası Ağdam və Bərdə Rayon Polis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-74/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-74/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver