Məhkəmə qərarları › İş №3(013)-748/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-748/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-748/2024 28.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, xx xxx 2009-cu il tarixdə Agdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Agdam rayonu, Xıdırlı kəndində qeydiyyatda olan və Ağdam rayonu, Əfətli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə Bakı Şəhəri Nəsimi Rayonu Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam Rayonu Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2024 il tarixli, İXP ******* nömrəli elekron qərarla Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsinə əsasən 100 manat miqdarında cərimə olunmuş, lakin qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Ağdam Rayonu Polis Şöbəsinin nümayəndəsinə və Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan, xx.xx.2024 il tarixli, İXP ******* nömrəli elekron qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsinə əsasən 100 manat manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Ağdam Rayonu Polis Şöbəsinin polis kapitanı X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə qəbul edilmiş inzibati cərimə növündə olan qərarın qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İş materiallarında olan elektron şəxsiyyəti təsdiq edən sənədən görünür ki, Şəxs xx xxx 2009-cu il tarixdə Agdam rayonunda anadan olmuş və onun 16 yaşı tamam olmamışdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi Şəxs inzibati xətalar haqqında işlər üzrə sübyekt deyil və o, on altı yaşı tamam olmadığı üçün inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixli İXP № ******* nömrəli inzibati protokol əsasında başlanmış inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXMnin 40, 53,105, 114 və 115-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində xx.xx.2024-cü il tarixli İXP № ******* nömrəli inzibati protokol əsasında başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar