Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-753/2024 01.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Ağdam Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3, Ağdam Rayon Polis X18 Polisi Bölməsinin yol patrul xidmətinin inspektoru X7, Barəsində X15 iş üzrə icraat aparılan şəxs X4 iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Ağdam rayonu Çəmənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Ağdam Rayon Çəmənli kəndində yaşayan, X4 - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 334.1, 511.1.3 və 535-ci maddələri ilə inzibati xəta törətməsi barədə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş X15 MN ******* saylı və İXP ******* saylı protokolları və əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏNETDİ: X8- 01 noyabr 2024-cü il tarixdə, saat 01-30 radələrində Ağdam Rayonu Çəmənli kəndində VAZ 2111 minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə dəfələrlə təhlükəli manver etməsi səbəbindən polis əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı onun nəfəsindən spirtli içki iyinin gəlməsi aşkar edilmiş, sonra Şəxs maşından düşərək qaçmağa çalışan zaman polis əməkdaşları tərəfindən saxlanılmış və spirtli içkidən istifadə etməsi və sənədlərinin olub olmamasını müəyyənləşdirmək üçün Ağdam RPŞ-nin DYP-nin avtopatrul maşını çağırılmış, bu zaman Şəxs nalayiq ifadələr işlədərək polis əməkdaşlarını təhqir etmiş və onların qanuni tələblərinə tabe olmamışdır. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.1, 334.1, 511.1.3 və 535-ci maddələri ilə protokol tərtib olunub, protokol üzrə qərar qəbul edilməsi üçün materiallar məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş Ağdam Rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidmətinin inspektoru X13 protokolu müdaifiə etdiyini bildirdi. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş Ağdam Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 protokolu müdaifiə etdiyini bildirdi. Məhkəmə iclasında Şəxs təqsirini etiraf etdi. Göstərdi ki, validenləri tərəfindən ona VAZ 2111 minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil alınış, 01 noyabr 2024-cü il tarixdə yoldaşları ilə rayonun Xındırıstan kəndində kafedə yeyib-içdikdən sonra yaşadıqları Çəmənli kəndinə gələrkən yolda avtomaşın ilə dəfələrlə təhlükəli manver etməsi səbəbindən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu saxladaraq avtomaşının sənədlərini olub-olmamasını, spirtli içki qəbul etməsi yoxlamaq üçün əraziyə DYP-nin əməkdaşlarını çağırmış, maşından düşərək ərazidən qaçıb uzaqlaşmaq istəmiş, polis əməkdaşlarının ünvanına naliyiq ifadəoər işlədərək onların qanuni tələblərinə tabe olmamışdır. Hazırda özünü təqsirli bilir, əməlindən peşmandır, polislərdən üzr istəmiş, himayəsində 3 azyaşlı övladları var, 2-ci Qarabağ Müharibəsi iştirakçısıdır, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2220 saylı sərəncamı ilə "X6 görə"medalı ilə, Prezidentin 18 dekabr 2020-ci il tarixli, 2353 saylı sərəncamı ilə «Cəsur döyüşçü» medalı ilə təltif edilmişdir. Əməllərindən peşmandır, həmin əməlləri içkinin təsiri altında edib, polis əməkdaşlarından üzr istəyib, gələcəkdə belə hallara yol verməyəcək, nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materallarında olan arayışdan görünür ki, X2 rayonu Çəmənli kəndində qeydiyyatda olamqla yaşayır və 4 nəfər ailə üzvləri, o cümlədən 3 övladları, 16 mart 2010-cu iltəvəllüdlü X10, 20 sentyabr 2015-ci il təvəllüdlü X9 və 19 noyabr 2021-ci il təvəllüdlü X11 adlı uşaqları vardır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2220 saylı Sərəncamı ilə X8 "SUQOVUŞANİN AZAD OLUNMASİNA" görə medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli, 2353 saylı Sərəncamı ilə X8 "CƏSUR DÖYÜŞÇÜ" medalı ilə təltif edilmişdir Məhkəmə iştirakçıları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs göstərilən inzibati xətaları törətməsi təsdiq olunur, həmin xətaları törətməsinə görə o, təqsirli bilinməli və tənbeh edilməlidir. İXP ******* saylı, 01 noyabr 2024-cü il tarixli protokollardan görünür ki, Şəxs İXM-nin 332.1, 334.1, 511.1.3 və 535-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətmişdir. Şəxs əməllərini etiraf edir, peşmançılıq bildirir. Azərbaycan Respublikasının İXM-nin 2-ci maddəsinə görə X1 vəzifəsi insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd olunan Məcəllənin 34.1-ci mddəsinə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə həmin işlərə eyni vaxtda baxılmalıdır. Qeyd olunan Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hal əməlini etiraf etməsi, əməlindən peşman olması, üzrxahlıq etməsi, himayəsində 3 övladlarının olması, 2-ci Qarabağ Müharibəsi iştirakçısı olması, Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli və 24 iyun 2021-ci il tarixli Sərəncamları ilə "CƏSUR DÖYÜŞÇÜ" və "SUQOVUŞANİN AZAD OLUNMASİNA" görə medalları ilə təltif edilməsi və həmçinin ilk dəfə inzibati xəta törətməsidir. Onun əməlində məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə toplanmış materialları qiymətləndirib, işin hazırkı halını, Şəxs peşmançılığını, onun şəxsiyyəti ilə bağlı məlumatları nəzərə alıb hesab edir ki, onun islah olunması, qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106-119-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X8 - Azərbaycan Respublikası İXM-nin 332.1, 334.1, 511.1.3 və 535-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 1 /bir/ il müddətinə məhdudlaşdırılmaqla 500 /beş yüz/ manat məbləğində cərimə edilsin. Qərardan 10 /on/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət edilə bilər. Sədrlik edən : E.Bayramov
Məhkəmə qərarları › İş №3(013)-753/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-753/2024
01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver