Məhkəmə qərarları › İş №3(013)-755/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-755/2024

05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-755/2024 05.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Ağdam Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1980-ci il tarixdə Azərbaycan Respublikası Ağdam rayonu Zəngişalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Ağdam rayonu Mexaniki Suvarma İdarəsində montyor işləyən, Zəngişalı kəndində yaşayan, Şəxs - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 04 noyabr 2024-cü il tarixdə, saat 09-00 radələrində Ağdam Rayonu Zəngişalı kəndində xuliqanlıq edərək ictimai qaydanı pozmuş, bu səbəbdən barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş, Ağdam Rayon Polis Şöbəsinin polis sahə rəisi X7 göstərdi ki, 04 noyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəng edərək Şəxs onun ünvanına yüksək səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozan hərəkətlər, yəni xırda xuliqanlıq hərəkətləri etməsini bildirmişdir. Bununla bağlı raportla Ağdam Rayon Polis Şöbəsinin rəhbərliyinə müraciət olunaraq Şəxs barəsində tədbir görülməsi xahiş olunmuş, qeyd olunan raport əsasında Şəxs barəsində inzibati protokol tərtib olunmuş və məhkəməyə verilmişdir. Ona görə də aidiyyəti üzrə tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında Şəxs təqsirini etiraf etdi. Göstərdi ki, noyabr ayının 2-də bacısı Sevda yolda ona Şəlalənin əri olan İsmayılın onu döyməsini bildirmişdir. Bacısı Sevdanın döyülməsi ona pis təsir etmiş, əsəbləşərək İsmayılın yoldaşı Şəlalənin işlədiyi X6 Evinin qarşısına gəlmiş, orada Şəlalənin anası Elyananı görmüş, Elyanaya yaxınlaşaraq qızı Şəlaləni çağırmasını və İsmayılın onun bacısına etdiyini o, da Şəlaləyə edəcəyini bildirmişdir. Sonra Şəlalənin ünvanına təhqiredici ifadələr işlətmişdir, ünvansız söyüşlər söymuşdür. Əsəbi olduğundan belə hərəkətlərə yol vermişdir. Şəlalədən üzr istəmişdir. Əməlindən peşmandır, üç övladları var, həyat yoldaşı xəstədir. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Şahid qismində ifadə verən Zərərçəkmiş şəxs göstərdi ki, X6 evində işləyir. 04 noyabr 2024-cü il tarixdə işdə olarkən Şəxs onun iş yerinə gələrək əri İsmayılın onun bacısı Sevdanı döydüyünü bildirmiş, onuu ünvanına əhalinin içərisində söyüşlər söymüş, xuliqanlıq hərəkətləri etmişdir. Şəxs şikayətçidir deyil, onun cəzalandırılmasını istəyir. Şəxs təqsirli olması onun özünün etirafı ilə yanaşı, şahid ifadəsi və işin materiallarında olan aidiyyəti sənədlərlə təsdiq olunur. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu madəsi ilə tövsif edilmiş, o, həmin maddə ilə təqsirli bilinməli və tənbeh edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materialları qiymətləndirib, işin halını, Şəxs əməlini etiraf etməsini, peşmançılığını, ailə vəziyyətinin ağırlığını nəzərə alıb hesab edir ki, onun islah olunması, qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün inzibati qaydada cərimə edilməsi mümkündür. İXM-nin 2-ci maddəsinə görə X1 vəzifəsi insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə alınır. Şəxs məhkəmədə təqsirini etiraf etdi, göstərdi ki, hadisə bacısının döyülməsi ilə bağlı baş vermiş, əsəbi olmuş, ailəsini çətinliklə dolandırır, ona görə də barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Şəxs cəza təyin edərkən onun şəxsiyyəti, törətmiş olduğu xətanın dərəcəsi və xarakteri, maddi vəziyyəti, əməlindən peşman olması nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-119- cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X4 - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan 10 /on/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət edilə bilər. Sədrlik edən : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar