Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-758/2024 07.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxxx 1988-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Agdam rayonu, Papravənd kəndində olan və Ağdam rayonu, Quzanlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası İXM) 227-ci maddəsində nəzərdə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə qonşusu X1 evinə gələrək bacısı Mətanətə qonağı gələcəyini deyərək onun samovarı götürüb getmiş və sonradan qaytarmayaraq talamışdır. Tərtib edilmiş inzibati protokolun məzmununa görə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan Şəxs vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Ağdam rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsi polis sahə rəisi X6 izahatında inzibati protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə qonşusu X1 evinə gələrək bacısı Mətanətə qonağı gələcəyini deyərək onun samovarı götürüb getmiş və sonradan qaytarmayaraq talamışdır. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, əməlindən səmimi peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirdi və ona yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən zərər çəkmiş şəxs X3 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə qonşusu X1 evinə gələrək bacısı Mətanətə qonağı gələcəyini deyərək onun samovarı götürüb getmiş və sonradan qaytarmayaraq talamışdır. Ona vurulmuş ziyan Şəxs tərəfindən ödənilməmişdir və ondan şikayətçidir. Odur ki, onun barəsində inzibati tədbir görülməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri Ağdam rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokolla və digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, Ağdam rayon X5 Bölməsinin təhqiqatçısı, polis leytenantı X2 xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarlarından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə qonşusu X1 evinə gələrək bacısı Mətanətə qonağı gələcəyini deyərək onun samovarı götürüb getmiş və sonradan qaytarmayaraq talamışdır və Şəxs barəsində İXM-nin 227 maddəsi inzaibati tədbir görülməsi üçün qərarın sürəti Ağdam RPŞ-nın İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui istifadə və ya dələduzluq yolu ilə özgənin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədən şəxsin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyası həddində, yəni inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. İş materiallartırda olan 06 noyabr 2024-cü il tarixli «İnzibati qaydada tutma haqqında» protokoldan görünür ki, Şəxs 06 noyabr 2024-cü il saat 11:35-dən 07 noyabr 2024-cü il 09:15-də qədər inzibati qaydada tutulmuşdur. Odur ki, həmin müddət nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48, 48- 51, 61, 73, 106-114, 128-130, 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, onun barəsində 30 (otuz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 06 noyabr 2024-cü tarixdən hesablansın. Qərardan surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-758/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-758/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver