Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-775/2024 18.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Ağdam rayonunun Başqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Başqərvənd kəndində qeydiyyatda olan, Ağdam rayonu Quzanlı 689 qəsəbə ev 600də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 2023-cü ilin iyul ayında Ağdam rayonunun Quzanlı qəsəbəsində Zərərçəkmiş şəxs beş yüz manat pulunu dələduzluq yolu ilə talamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs özünü təqsirli bilmiş və izahat verib göstərmişdir ki, qəbir daşı düzlətməklə məşğuldur. 2023-cü ilin iyul ayında Mobil qəbr daşı düzəltmək üçün ona 500 manat vermiş, o isə işini axıra qədər görməmişdir. Hazırda dəymiş ziyanı tamamilə ödədiyini və zərər çəkmiş şəxslə barışıq əldə etdiyini qeyd etməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs qismində məhkəmədə izahat verən Zərərçəkmiş şəxs göstərmişdir ki, qohumunun qəbr daşını düzəltmək üçün Sərvana 2023-cü ilin iyul ayında 500 manat vermiş lakin Sərvan işini görməmişdir. Ona dəymiş ziyanın tamamilə ödənildiyini və hazırda Şəxsla barışıq əldə etdiyini qeyd etməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatı, Ağdam Rayon Polis X1 təhqiqatçısının qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar, xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ərizəsindən görünür ki, ona dəymiş ziyan tamamilə ödənilmiş, Şəxsla barışıq əldə edilmişdir. Məhkəmə inzibati xətanı törətmiş şəxsin vurulmuş ziyanı tamamilə ödədiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərər çəkmiş şəxslə barışdığını nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1 və 53.0.10-cu maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51,53.0.9, 105.1, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-775/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-775/2024
18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver