Məhkəmə qərarları › İş №3(013)-781/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-781/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-781/2024 03.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ağdam rayon Polis şöbəsinin polis bölməsinin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Ağdam rayonu, Qaryağdı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Ağdam rayonunun Evoğlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası İXM) 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs 09 noyabr 2024-cü il tarixdə saat təxminən 13 radələrində Ağdam rayonu, Əfətli kəndi ərazisində «Dərya» markalı R027522 nömrəli ov silahını saxlanılması və daşınması qaydalarını pozması aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Ağdam rayon Polis şöbəsinin polis bölməsinin sahə rəisi X2 inzibati protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs 09 noyabr 2024-cü il tarixdə saat 13 radələrində Ağdam rayonu, Əfətli kəndi ərazisində bir qrup şəxslə birlikdə özünə məxsus «Dərya» markalı R027522 nömrəli ov silahını saxlanılması və daşınması qaydalarını müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan pozaraq üzərində gəzdirdiyi üçün qeyd edilən silah Şəxs alınaraq Ağdam rayon polis şöbəsinə təhvil verilmiş, bununla bağlı raportla Ağdam rayon Polis şöbəsinə müraciət olunaraq Şəxs barəsində tədbir görülməsi xahiş olunmuş, qeyd olunan raport əsasında Şəxs barəsində inzibati protokol tərtib olunmuşdur. Odur ki, Şəxs inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs izahatında qeyd olunan ov silahının ona məxsus olduğunu, silahla heç bir hadisə törətmədiyini, hazırda qeyd olunan silahı saxlanılması və daşınması qaydalarını pozulması ilə əlaqədar özünü təqsirli bilmədiyi bildirdi və inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən polis serjantı X3 izahatında Şəxs 09 noyabr 2024-cü il tarixdə saat 13 radələrində Ağdam rayonu, Əfətli kəndi ərazisində «Dərya» markalı R027522 nömrəli ov silahını saxlanılması və daşınması qaydalarını pozaraq üzərində gəzdirdiyi üçün qeyd edilən silahın Şəxs alınaraq Ağdam rayon polis şöbəsinə təhvil verildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən polis serjantı X4 izahatında Şəxs 09 noyabr 2024-cü il tarixdə saat 13 radələrində Ağdam rayonu, Əfətli kəndi ərazisində özünə məxsus «Dərya» markalı R027522 nömrəli ov silahını saxlanılması və daşınması qaydalarını pozaraq üzərində gəzdirdiyi üçün qeyd edilən silahın Şəxs alınaraq Ağdam rayon polis şöbəsinə təhvil verildiyinibildirdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri Ağdam rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokolla, şahid ifadəsi və digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, iş materiallarından, o cümlədən MN № ******* nömrəli, 19 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən 09 noyabr 2024-cü il tarixdə Ağdam rayonu, Əfətli kəndi ərazisində «Dərya» markalı R027522 nömrəli ov silahın saxlanılması və daşınması qaydalarını pozmuşdur. Həmçinin, «Dərya» markalı R027522 nömrəli ov silahın Şəxs qaytarılmışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə- silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə Ağdam rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokola, protokola əlavə olunmuş sənədlərə əsasən Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir. Həmçinin məhkəmə Şəxs səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsinin sanksiyası həddində, inzibati cərimə tənbeh növü tətbiq edilməsi məqsədə müvafiqdir. Həmçinin, «Dərya» markalı R027522 nömrəli ov silahın Şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48, 48-51, 61, 73, 106-114, 128-130, 590.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 60 (altmış) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar