Məhkəmə qərarları › İş №3(013)-785/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-785/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-785/2024 09.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ağdam rayon prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri X4 iştirakı ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, «X6» MMC-nin direktoru işləyən, Bakı şəhəri Qaradağ rayonu Sahil ərazi d, Sahil qəsəbəsi Emin Quliyev küçəsi bina 23 mənzil 8-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə Ağdam Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: “X6» MMC-nin direktoru vəzifəsində işləyən Şəxs işlədiyi müddətdə, yəni xx.xx.2024-cü ildə saat 11 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş şəhər ərazisində Cümə məscidinin arxasında yerləşən Ağdam şəhər 2-ci faza üzrə məcburi köçkünlər üzrə nəzərdə tutulan 1-ci məhəllə, 6 və 7 nömrəli yaşayış binalarının tikinti sahəsində quraşdırılmış taxta kəsimi üçün istifadə olunan avadanlıqla görülən işlərin icrası zamanı texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət etməli olduğu halda, həmin qaydaları pozmaqla taxta kəsimi üçün istifadə olunan avadanlığın təhlükə mənbəyi olan hərəkətli hissələrinin üzərini qoruyucu vasitələrlə təchiz etməyib, bununla da təhlükəsizlik tədbirlərinin təmin olunması tələblərinə əməl etməməsi nəticəsində həmin vaxt taxta kəsimi üçün istifadə olunan avadanlığın quraşdırıldığı stol üzərində ölçü işlərini görən zaman kəsici dişli mişarın işə salınması nəticəsində cəmiyyətdə dəmirçi-qəlbçi işləyən X1 ehtiyatsızlıqdan yüngül zərər vurulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə bildirilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ağdam rayon prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri V.H.Məmmədov məhkəmədə çıxış edərək Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinib tenbeh edilməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi iş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə Ağdam rayon prokuroru ədliyyə müşaviri X3 xx.xx.2024-cü il tarixli qərarı, Ağdam rayon prokurorunun köməkçisi X2 130C-24 saylı material üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərar və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinib, bir min iki yüz manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar