Məhkəmə qərarları › İş №3(013)-794/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-794/2024

12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-794/2024 12.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib olunmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar Üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən tərtib olunmuş 23 noyabr 2024-cü il tarixli, 14000-01693/24 saylı inzibati xəta haqqında Protokolda göstərilmişdir ki, "xxxx" MMC tərəfindən 22 noyabr 2024-cü il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********1419 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən, X2 ünvanına gələn gələn 1 ədəd, buraxılış ili 2022-ci il, "Jeep Wrangler" markalı minik avtomobilini Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 19 noyabr 2024-cü il tarixdə "Biləsuvar" X4 keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin nəqliyyat vasitəsinə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsini verilməmişdir. "Malların və nəqliyyat vasitələrinin gömrük sərhəddindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 saat əvvəl verilməlidir. Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-3300/012/004652 saylı, xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar olaraq bildirilir ki, "xxxx" MMC-nin ünvanına gələn 1 ədəd buraxılış ili 2022-ci il, "Jeep Wrangler" markalı minik avtomobili **********1419 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, idxalatçı tərəfindən qısa idxal bəyannaməsi tərtib edilmədiyi üçün **********1419 sorğu nömrəli gömrük bəyannaməsinin 40-cı qrafasında da qeyd edilməmişdir. Materiallara əlavə edilmiş Dövlət Gömrük Komitəsinin "X1 Sistemi" informasiya resursundan "avtomobil nəqliyyatı" barədə çıxarışdan və **********1419 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMC-nin ünvanına gələn 1 ədəd minik avtomobili "Biləsuvar" X6 19 noyabr 2024-cü il tarixdə keçmişdir və Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi, Azərbaycan Respublikası vətəndaşı X3 izahatında göstərmişdir ki, etibarnamə ilə nümayəndəsi olduğu "xxxx" MMC-nin ünvanına X2 1 ədəd "Jeep Wrangler" markalı minik avtomobili idxal edilmiş, lakin qeyd edilən nəqliyyat vasitəsi barəsində qısa idxal bəyannaməsi verilməmişdir ona görə ki, nəqliyyat vasitəsinin sərhədi keçməsi barədə sürücü tərəfindən şirkətə məlumat verilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və “QARABAĞ AQRO-44» MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64-cü maddəsinin müddəaları baxımından hazırkı işə tərəflərin /nümayəndələrinin/ iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və digər sənədləri araşdıraraq hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, MMC həmin maddə ilə təqsirli bilinməli, inzibati qaydada tənbeh olunmalıdır. Belə ki, iş materiallarında olan Dövlət Gömrük Komitəsinin "X1 Sistemi" informasiya resursundan "avtomobil nəqliyyatı" barədə çıxarışdan və **********1419 sorğu nömrəli gömrük bəyannaməsi protokolundan görünür ki, "xxxx" MMC-nin ünvanına gələn 1 ədəd buraxılış ili 2022-ci il, "Jeep Wrangler" markalı minik avtomobili "Biləsuvar" X6 19 noyabr 2024-cü il tarixdə keçmiş və gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 saylı Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 saat əvvəl verilməlidir. Azərbaycan Respublkası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Sözügedən Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 485.2-ci maddəsinə görə Azərbaycan Respublikası Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir. Azərbaycan Respublkası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublkası İXM-nin 18.6-cı maddəsinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan müddəalarına əsaslanaraq hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nin inzibati xətanı törətməsi faktı sübuta yetirilir. Ona görə də MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin sanksiyası hüdudlarında cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18.5, 30-34, 106- 115 və 485.2-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏRARAALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 /on/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar