Məhkəmə qərarları › İş №3(013)-8/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-8/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-8/2025 14.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ağdam rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1988-ci ildə Ağdam rayonu, Quzanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Ağdam rayonu, Quzanlı qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs məxsus “Avon Parfumeriya” adlı ətriyyat mağazasından satışı qadağan olunmuş protexniki məmulatlar aşkar edilmişdir. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Ağdam rayon Polis şöbəsinin sahə rəisi X2 inzibati protokolu müdafiə edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 12:50 radələrində Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində yerləşən, Şəxs məxsus “Avon Parfumeriya” adlı ətriyyat mağazasından satışı qadağan olunmuş protexniki məmulatlar aşkar edərək araşdırılması üçün Ağdam rayon polis şöbəsinə təhvil verdiklərini, bununla bağlı raportla Ağdam rayon polis şöbəsinin rəisi Pərviz İsmayılova müraciət olunaraq Şəxs barəsində tədbir görülməsi xahiş olunduğunu, qeyd olunan raport əsasında Şəxs barəsində inzibati protokol tərtib olunduğunu bildirdi. Məhkəmə iclasında dindirilən Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, Ağdam rayonu, Quzanlı qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşadığını, hadisədən təxminən 10 gün əvvəl satmaq məqsədilə Bakı şəhərindən, tanımadığı şəxsdən müxtəlif formalı və təyinatlı protexniki vasitələr aldığını, həmin vasitələrin satışının ona məxsus parfumeriya mağazasında həyata keçirildiyini, xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının ona məxsus “Avon Parfumeriya” adlı ətriyyat mağazasına gələrək protexniki vasitələri aşkar edərək götürdüklərini, hazırda əməlindən peşman olduğunu bildirdi və barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri Ağdam rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokolla və digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan MN № ******* nömrəli, 27 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Ağdam RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən, xx.xx.2024-cü il tarixdə, saat 12:50 radələrində Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində yerləşən, Şəxs məxsus “Avon Parfumeriya” adlı ətriyyat mağazasından satışı qadağan olunmuş protexniki məmulatlar aşkar olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə Ağdam rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokola, protokola əlavə olunmuş sənədlərə əsasən Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir. Həmçinin məhkəmə Şəxs səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsinin sanksiyası həddində, yəni obyekti olmuş satışı qadağan olunmuş protexniki məmulatlar müsadirə edilməklə inzibati cərimə tənbeh növü tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48, 48-51, 61, 73, 106-114, 128-130, 442-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 43-cü və 103-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib həmin inzibati xətanın obyekti olan satışı qadağan olunmuş protexniki məmulatlar müsadirə edilməklə 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. İş üzrə inzibati xətanın obyekti olan və Ağdam RPŞ-də saxlanılan satışı qadağan olunmuş 21 qutu üzərində Maxsem Pedards ko210 yazılmış, 01 qutu üzərində Mini Triangle yazılmış, 01 qutu üzərində Silver Cracker yazılmış və 01 qutu üzərində Big Football cracker hf606a yazılmış protexniki məmulatlar qərar qanuni qüvvəsinə minəndən sonra müsadirə edilsin. Qərardan 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar