Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-822/2025 09.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Ağdam rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qarayev Nurəddin Vəkil oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1975-cı ildə Agdam rayonu, Qaradaglı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan və orada yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nurəddin Qarayev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 09 dekabr 2025-ci il tarixli protokol tərtib edilərək baxılması üçün Ağdam rayon məhkəməsinə göndərilmişdir. Qeyd olunan protokolun məzmununa və protokola əlavə edilmiş sənədlərə əsasən, Agdam Rayon Məhkəməsinin 2(013)-3511/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs tələbkar X1 10795 manat aliment borcu qalmışdır. Borclu Şəxs yaranmış borcun ödənilməsi üçün qərar və bildiriş təqdim edilməklə vaxt verilmişdir. Dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs icra sənədi üzrə yaranmış borcu ödəməmişdir. Hazırda onun borcu 10795 manat təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan Şəxs vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən Ağdam rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qarayev Nurəddin Vəkil oğlu izahatında inzibati xəta haqqında protokolu müdafiə edərək Agdam Rayon Məhkəməsinin 2(013)-3511/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs tələbkar X1 10795 manat aliment borcu qalmışdır. Borclu Şəxs yaranmış borcun ödənilməsi üçün qərar və bildiriş təqdim edilməklə vaxt verilmişdir. Dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs icra sənədi üzrə yaranmış borcu ödəməmişdir. Hazırda onun borcu 10795 manat təşkil edir. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında 10795 manat borcunu ödəməkdən yayınmadığını, borcu birdəfəlik ödəməyə onun maddi imkanı olmadığını bildirdi və məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1–ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Azərbaycan RespublikasıİXM-nin 31.4-cü maddəsinəəsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Beləliklə Ağdam rayon icra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş protokola, barəsində inzibati xəta haqqında iş uzrə icraat aparılan şəxsin ilkin və məhkəmə iclasında verdiyi izahatlarına əsasən Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir və bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin sanksiyası həddində, yəni onun barəsində inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106- 119-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib onun barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiq edilsin. Həbs etmənin əvvəli 09 dekabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Ağdam və Bərdə rayon Polis Şöbələrinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-822/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-822/2025
09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver