Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-837/2025 11.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Abşeron rayonunun Digah qəsəbə ərazi dairəsinin Digah qəsəbəsində qeydiyyatda olan, Abşeron rayonunun Digah qəsəbə ərazi dairəsinin Digah qəsəbəsi Mehdi Hüseynzadə küçəsi ev 69-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 12 oktyabr 2025-cü ildə saat 18 radələrində etibarnamə və sürücülük vəsiqəsi əsasında idarə etdiyi «Megan Reno» markalı ** OE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ağdam rayonunun Xıdırlı kəndində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini idarəetməni itirib avtomobili yolun kənarında olan tikinti materiallarına vurmuş və onun ehtiyatsızlığı nəticəsində avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, Eltunu əvvəllər tanımamışdır. 12 oktyabr 2025-cü ildə saat 18 radələrində etibarnamə və sürücülük vəsiqəsi əsasında idarə etdiyi «Megan Reno» markalı ** OE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ağdama gedərkən yolda Eltunu avtomobilə götürmüşdür. Ağdam rayonunun Xıdırlı kəndində hərəkətdə olarkən idarəetməni itirib avtomobili yolun kənarında olan tikinti materiallarına vurmuş və sərnişin yerində oturmuş Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər dəymişdir. İlk dəfə olaraq inzibati xəta törətdiyini və tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Zəerər çəkmiş şəxs qismində məhkəmədə izahat verən Zərərçəkmiş şəxs göstərmişdir ki, Səlimi əvvəllər tanımamışdır. 12 oktyabr 2025-ci ildə Səlimin idarə etdiyi avtomobillə Ağdama getmişlər. Xıdırlı kəndi ərazisində atomobildə oturduğu vaxt Səlim idarəetməni itirmiş və avtomobil yolun kənarında olan tikinti materiallarına çırpılmışdır. Nəticədə onun sağlanmlığına yüngüz zərər dəymişdir. Səlim ona dəymiş ziyanı ödəmiş və barışıq əldə etmişlər. Bu səbəbdən Səlimə qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında Ağdam Rayon Polis X1 xx.xx.2025-ci il tarixli qərarının surəti, xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol, zərər çəkmiş şəxsin izahatı və digər sübutlarla təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Onun ilk dəfə olaraq ehtiyatsızlıqdan inzibati xəta törətməsi, təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi və zərərçəkmiş şəxslə barışıq əldə edərək sonuncunun ondan şikayətçi olmaması məsuliyyətini yüngülləşdirən hallardır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişindən azad edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, üç yüz manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən cəriməni dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edəcəyi təqdirdə tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-837/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-837/2025
11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver