Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-846/2025 16.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Ağdam rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1993-cü ildə Ağdam rayonu, Yusifcanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Ağdam rayonu, Yusifcanlı Ə/D Yusifcanlı kəndində qeydiyyatda olan və Ağdam rayonu, Quzanlı-1 qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs satışı qadağan olunmuş protexniki məmulatlar aşkar edilmişdir. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Ağdam rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X2 inzibati protokolu müdafiə edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 19:20 radələrində Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində Şəxs satışı qadağan olunmuş protexniki məmulatlar satdığı polis əməkdaşları tərəfindən aşkar edilərək araşdırılması üçün Ağdam rayon polis şöbəsinə təhvil verdiklərini, bununla bağlı raportla Ağdam rayon polis şöbəsinin rəisi Pərviz İsmayılova müraciət olunaraq Şəxs barəsində tədbir görülməsi xahiş olunduğunu, qeyd olunan raport əsasında Şəxs barəsində inzibati protokol tərtib olunduğunu bildirdi. Məhkəmə iclasında dindirilən Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, xx.xx.2025-ci il tarixdə Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində yol kənarında pirotexniki vasitələr satdığını, polis əməkdaşlarının protexniki vasitələri aşkar edərək götürdüklərini, hazırda əməlindən peşman olduğunu bildirdi və barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri Ağdam rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokolla və digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan MN № ******* nömrəli, 16 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində yol kənarında Şəxs satışı qadağan olunmuş protexniki məmulatlar satdığı aşkar olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə Ağdam rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokola, protokola əlavə olunmuş sənədlərə əsasən Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsinin sanksiyası həddində, yəni obyekti olmuş satışı qadağan olunmuş protexniki məmulatlar müsadirə edilməklə inzibati cərimə tənbeh növü tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48, 48-51, 61, 73, 106-114, 128-130, 442-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib həmin inzibati xətanın obyekti olan satışı qadağan olunmuş protexniki məmulatlar müsadirə edilməklə 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. İş üzrə inzibati xətanın obyekti olan və Ağdam RPŞ-də saxlanılan satışı qadağan olunmuş 7 ədəd mini fişəng, 5 ədəd “Pelords” markalı pirotexniki vasitə, 27 ədəd xırda adı məlum olmayan partalıyıcı pirotrexniki vasitələr qərar qanuni qüvvəsinə minəndən sonra müsadirə edilsin. Qərardan 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-846/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-846/2025
16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver