Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-852/2024 04.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Ağdam rayon Polis şöbəsinin sahə rəisi X5 iştirakı ilə, xx xxx 1991-cı ildə Ağdam rayonunun Gülablı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, Ağdam rayonunun Gülablı kəndində qeydiyyatda olan və Agdam rayon, 689 saylı Quzanlı qəsəbəsi, ev 496-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs əvvələr qanunsuz olaraq narkotik vasitə olan marixuana istehlak etmiş, xx.xx.2024-cü il tarixdə saat 01 raddələrində Ağdam rayon Quzanlı Qəsəbəsində başqa şəxslə mübahisə edərkən həmin ərazidə xidmət aparan Ağdam RPŞ-nın polis əməkdaşları onun nizam-intizama dəvət etmiş, lakin o, mübahisəni davam edərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Ağdam rayon Polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X9 izahatında inzibati protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01 raddələrində Ağdam rayon Quzanlı Qəsəbəsində xidmət aparan Ağdam RPŞnın polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və Şəxs X1 xx.xx.2024cü il tarixli, 1356 №-li sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinə protokoluna əsasən onun sidiyində marixuana narkotik maddə aşkar edimişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs inzibati məsuliyyətə verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 2024-cü ilin sentyabr ayında marixuana istehlak etmişdir. 03 dekabr 2024-cü il tarixdə dostu Taleh ilə araq içmişdir. Sonra taksi sürücüsündən onları yaşadığı evə aparılmasını xahiş etmişlər. Taksi sürücüsü onları evə aparmaqdan imtina etmişdir. Həmin vaxt sürücü ilə mübahisə etmişlər. Sonra onların yanına polis əməkdaşları gələrək sakitləşdirmək istəmişlər. Lakin o, sürücü ilə mübahisəni davam etdirmişdir. Əməlindən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirdi və ona köməklik göstərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam rayon polis şöbəsinin PPXB-nin polis nəfəri X6 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 01 raddələrində Ağdam rayon Quzanlı Qəsəbəsində xidmət aparan vaxt Elməddin və onun dostu Taleh bir nəfər taksi sürücüsü ilə mübahisə etdiklərini görərək onlara yaxınlaşmış və sakitləşdirmək istəmiş. X13 taksi sürücüsü ilə mabahisəni davam etdirmişdir. Daha sonra Elməddin və Talehi polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam rayon polis şöbəsinin PPXB-nin polis nəfərləri X3 və X7 izahatlarında şahid X4 izahatında göstərilənləri təsdiq etmişdilər. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri özünün etirafı, inzibati protokolla, şahid ifadələri və digər sənədlərlə tam təsdiq olunur. İş materiallarında olan X2 xx.xx.2024-cü il tarixli, 1356 №-li Tibbi müayinə protokolunadan görünür ki, Şəxs sidiyində marixuana narkotik maddə aşkar edimişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarında olan sərxoşluq üçün xx.xx.2024-cü il tarixli 831 saylı arayışından görünür ki, Şəxs inzibati xətanı törədərkən orta dərəcəli sərxoş olmuşdur. Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hall hesab edilir. Şəxs inzibati xətanın sərxoş halda törədilməsi onun məsuliyyətini ağırlaşdıran haldır. İnzibati xəta törətmiş Şəxs təqsirini etiraf edərək tutduğu əməlindən peşman olması onun məsuliyyəti yüngülləşdirən haldır. Azərbaycan Respublikası İXM-nin 32.1.1 - 32.1.7-ci maddələrinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hallar inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi, inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi, inzibati xətanın fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi, inzibati xətanın zəruri müdafiənin və ya son zərurətin bu Məcəllə ilə müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi, inzibati xətanın zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi hesab edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş materiallartırda olan 04 dekabr 2024-cü il tarixli MN № ******* saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 04 dekabr 2024-cü il saat 01:00-dan 04 dekabr 2024-cü il 11:00-a qədər inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə məvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 105, 114, 115, 128-130-ci maddələrinə rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiya çərçivəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-852/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-852/2024
04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver