Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-853/2024 04.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Ağdam rayonunun Başqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Başqərvənd kəndində qeydiyyatda olan, Ağdam rayonu Quzanlı 689 saylı qəsəbə ev 541-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 2024-cü ilin sentyabr ayında qanunsuz olaraq narkotik vasitə marixuana istehlak etmiş, 04 dekabr 2024-cü ildə saat 01 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsində başqa şəxslə mübahisə edərkən Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları onu intizama dəvət etmiş, o isə mübahisəni davam edərək onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs özünü təqsirli bilmiş və izahat verib göstərmişdir ki, 2024-cü ilin sentyabr ayında marixuana istehlak etmişdir. 03 dekabr 2024-cü ildə dostu Elməddinlə araq içmişdir. Sonra taksi sürücüsündən onları yaşadığı evə aparmasını xahiş etmişlər. Taksi sürücüsü onları evə aparmaqdan imtina etmiş, həmin vaxt sürücü ilə mübahisə etmişlər. Sonra onların yanına polis əməkdaşları gələrək sakitləşdirmək istəmişlər. Buna baxmayaraq Elməddin sakitləşməmiş və taksi sürücüsü ilə mübahisəni davam etmişdir. İlk dəfə olaraq inzibati xəta törətdiyini və tutduğu əməldən peşmançılıq keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Şahid qismində məhkəmədə izahat verən Ağdam Rayon Polis Şöbəsinin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri X1 göstərmişdir ki, 04 dekabr 2024-cü ildə saat 01 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsində xidmətdə olduğu vaxt Taleh və sonuncunun dostu Elməddinin bir nəfər taksi sürücüsü ilə mübahisə etdiklərini görərək onlara yaxınlaşmış və sakitləşdirmək istəmişdir. Həmin vaxt Elməddin taksi sürücüsü ilə mübahisəsini davam etmişdir. Daha sonra Talehi və Elməddini polis şöbəsinə aparmışlar. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli MN № ******* saylı protokol, Mingəçevir şəhər Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli 1355 saylı sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədi ilə aparılan tibbi müayinə protokolu, şahidin izahatları və digər iş materialları ilə təsdiq olunur. Mingəçevir şəhər Narkoloji Dispanserinin verdiyi sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədi ilə aparılan tibbi müayinənin xx.xx.2024-cü il tarixli 1355 saylı protokolundan görünür ki, Şəxs sidiyində narkotik vasitə marixuana aşkar edilmişdir. İş materiallarında olan sərxoşluq üçün xx.xx.2024-cü il tarixli 832 saylı arayışdan görünür ki, Şəxs inzibati xəta törədərkən orta dərəcəli sərxoş olmuşdur. Şəxs inzibati xətanı sərxoş halda törətməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. Şəxs ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 01:00-da inzibati qaydada tutulmuş və 17:00-da azad olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində göstərilmişdir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-cı maddələri ilə təqsirli bilinib, 206-cı maddəyə əsasən üç yüz manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(013)-853/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-853/2024
04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver