Məhkəmə qərarları › İş №3(013)-855/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-855/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-855/2024 23.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ağdam rayon prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri X4 iştirakı ilə, xx.xx.1978-ci ildə Türkiyə Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Ağdam rayonunda fəaliyyət göstərən «Kalyon RSY X10 Ticari İşlətməsi» Şirkətinin Azrbaycan Respublikasındakı filialının anbar rəisi işləyən, Türkiyə Respublikası İstanbul şəhəri Hesenler ilçesi X5 qeydiyyatda olan, Ağcabədi rayonunun Minəxorlu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə Ağdam Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Ağdam rayonunda fəaliyyət göstərən «Kalyon RSY X10 Ticari İşlətməsi» Şirkətinin Azrbaycan Respublikasındakı filialının anbar rəisi vəzifəsində işləyən Şəxs işlədiyi müddətdə, yəni xx.xx.2024-cü ildə saat 13 radələrində Ağcabədi rayonunun Minəxorlu kəndində anbardar X11 şirkətə gələn yükləri əl arabasına yükləyib daha sonra daşınma nöqtəsində boşaltmaq istəyərkən 83.635 kq ağırlığında olan «vərdənənin» dırayv diski onun sol əlinin üzərinə düşməsi nəticəsində yükün təhlükəsiz yerdəyişməsi üçün qaldırıcı-nəqliyyat və kiçik mexanizasiya vasitələrinin istifadəsi təmin edilmədiyinə görə və anbar müdirinin vəzifə öhdəliklərinin 2.5-ci bəndinin (əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, həyat üçün təhlükəli mənbələrdə iş görməmək) tələblərini pozması səbəbindən ehtiyatsızlıqdan anbardar X1 ehtiyatsızlıqdan yüngül zərər vurulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə bildirilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ağdam rayon prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri V.H.Məmmədov məhkəmədə çıxış edərək Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinib tenbeh edilməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi iş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə Ağdam rayon prokuroru ədliyyə müşaviri X2 xx.xx.2024-cü il tarixli qərarı, Ağdam Rayon Prokurorluğunun müstəntiqi X3 143C-24 saylı material üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərar və digər iş materialları ilə təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinib, bir min manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar