Məhkəmə qərarları › İş №3(013)-856/2024

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-856/2024

11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-856/2024 11.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 iştirakı ilə, xx.xx.1980-cı ildə Ağdam rayonunun Baharlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Baharlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs 27 oktyabr 2024-cü ildə saat 15 radələrində etibarnamə və sürücülük vəsiqəsi əsasında idarə etdiyi «Ford Tranzit» yük markalı ** BZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ağdam rayonunun Quzanlı qəsəbəsi istiqamətindən Xındırıstan qəsəbəsi istiqamətində Xındırıstan qəsəbəsi ərazisinə keçən hissədə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi «Hyundai Accent» markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, onun ehtiyatsızlığı nəticəsində Zərərçəkmiş şəxs2 maddi ziyan dəymiş, həmçinin sonuncu idarə etdiyi avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs3 sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs1 sağlamlığına isə yüngül bədən xəsarəti yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 27 oktyabr 2024-cü ildə saat 15 radələrində etibarnamə və sürücülük vəsiqəsi əsasında idarə etdiyi «Ford Tranzit» yük markalı ** BZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ağdam rayonunun Quzanlı qəsəbəsi istiqamətindən Xındırıstan qəsəbəsi istiqamətinə hərəkətdə olmuşdur. Yolun Xındırıstan qəsəbəsi ərazisinə keçən hissəsində ondan qarşıda hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi «Hyundai Accent» markalı ** BR *** nömrəli avtomobillə arxadan toqquşmuşdur. İlk dəfə olaraq inzibati xəta törətdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs qismində məhkəmədə izahat verən Zərərçəkmiş şəxs2 hadisə zamanı ona dəymiş 11000 manatdan artıq məbləğdə dəymiş ziyan ödənilmədiyindən şikayətçi olduğunu bildirmişdir. Zərər çəkmiş şəxs qismində məhkəmədə izahat verən Zərərçəkmiş şəxs3 ona dəymiş ziyanın ödənildiyindən şikayətçi olmadığını bildirmişdir. Zərər çəkmiş şəxs qismində məhkəmədə izahat verən Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanın ödənildiyindən şikayətçi olmadığını bildirmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında Ağdam Rayon Polis X1 xx.xx.2024-cü il tarixli qərarının surəti, xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxslərin izahatları və digər sübutlarla təsdiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Onun ilk dəfə olaraq ehtiyatsızlıqdan inzibati xəta törətməsi və təqsirini etiraf etməsi məsuliyyətini yüngülləşdirən hallardır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ doqquz ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar