Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-872/2025 18.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Ağdam rayon polis şöbəsinin ictimai İTB-nin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1982-ci ildə Ağdam rayonu, Novruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Ağdam rayonu, Novruzlu kəndində qeydiyyatda olan və Ağdam rayonu, Qaradağlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Agdam rayonu, Qaradağlı kəndi ərazisində Zərərçəkmiş şəxs yaşadığı ünvana gələrək və söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan Şəxs vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Ağdam rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi X5 izahatında inzibati protokolu müdafiə edərək göstərmişdir ki, Ağdam rayonu Qaradağlı kənd sakini Zərərçəkmiş şəxs xx.xx.2025ci il tarixdə DİN 102 xidmətinə zəng etməklə yanaşı Ağdam rayon Polis Şöbəsinə şikayət ilə müraciət etmiş və şikayətində həmkəndlisi Şəxs xx.xx.2025-ci il tarixdə telefonda və yaşadığı ünvana gələrək onu və ailə üzvlərini təhqir etdiyini, nalayiq ifadələr işlətdiyini bildirmişdir. Hadisə ilə əlaqədar araşdırma aparılmış və Şəxs barəsində İXM-nin 510-cü maddəsi ilə protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü qismən təqsirli bildiyini, onun Zərərçəkmiş şəxs yaşadığı evə getmədiyini, yalnız telefon vasitəsi ilə Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlətdiyini, onun əməlindən səmimi peşman olmasının nəzərə alaraq ona yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında xx.xx.2025-ci il tarixdə həmkəndlisi Şəxs ilə telefonla danışan zaman əvvəlcə telefonda onu və ailə üzvlərini təhqir etdiyini, nalayiq ifadələr işlətdiyini, daha sonra isə evinə gələrək yenidən təhqirəramiz sözlər işlətdiyini, ailə üzvlərini narahat etdiyini və ciddi səsküy yaratdığını bildirdi və Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam rayon Qaradağlı kənd sakini X1 izahatında göstərdi ki, onun övladının evə gələrək qardaşı Mehmanın vəziyyətinin yaxşı olmadığını ona bildirdi, o isə dərhal qardaşıgilə getdiyini və orada Şəxs qardaşına və onun ailə üzvlərinə qarşı təhqiramiz sözlər, nalayiq ifadələr işlətdiyini və o isə qonşularla birlikdə Şəxs oradan uzaqlaşdırmış və təcili tibbi yardım çağırmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiri Ağdam rayon polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati protokolla, şahid izahatı və digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48, 48-51, 61, 73, 106-114, 128-130, 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib onun barəsində 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-872/2025
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-872/2025
18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver