Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 3(013)-874/2024 19.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, Şəxs barəsində tərtib olunmuş inzibati protokolu nəzərdən keçirib məhkəmə, m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 469.2-ci maddəsi ilə MN № ******* nömrəli 12 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək 12 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Qarabağ Regional Ərazi Şöbəsinin məktubu ilə məhkəməyə göndərilmişdir. Həmin protokolun məzmununa görə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100.1.7-ci maddəsində göstərilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası İXM-nin 125.2.3-cü maddəsində qeyd olunmuşdur ki, inzibati haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona xəta əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Material məhkəmədə öyrənilərkən məlum olmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında protokol tərtib edilərkən Şəxs nümayəndəsi iştirak etməmiş, protokolu onun nümayəndəsi imza etməmiş, inzibati xəta ilə bağlı heç bir izahatlar alınmamış və sənədlərin surəti rəsmi qaydada Şəxs nümayəndəsinə verilməmişdir. Həmçinin, tərtib edilmiş protokoldan aydın olur ki, protokola inzibati xətanın törədilməsini təsdiq edən sənədlər əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə inzibati xəta haqqında 12 dekabr 2024-cü il tarixli MN № ******* nömrəli protokol Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Qarabağ regional ərazi şöbəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Qarabağ Regional Ərazi Şöbəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-ci maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-ci maddəsini rəhbər tutaraq, qəraraaldı: Şəxs barəsində tərtib olunmuş inzibati materialın məhkəmə baxışına təyin edilməsindən imtina edilsin. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Qarabağ Regional Ərazi Şöbəsinə qaytarılsın. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-874/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №3(013)-874/2024
19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver