Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-878/2024 27.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi Ağdam rayonu, Kösalar, 20 yanvar küçəsində qeydiyyatda olan Şəxs MMCnin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsi ilə tərtib olunmuş inzibati materiala Ağdam Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Baş Gömrük İdarəsinin 12 dekabr 2024-cü il tarixli EP № ******* (№ 00100-03444/24) nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC (VÖEN **********) xx.xx.2024-cü il tarixdə 99OK997/99ZD114 yük nəqliyyat vasitəsi ölkə ərazisinə daxil olmuş, lakin Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149-cü maddəsinin tələblərini pozaraq daxil olan mallara dair gömrük bəyanaməsini 15 gün ərzində gömrük orqanına təqdim etməmişdir. Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati icraat aparılan Şəxs MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakı təmin edilməmişdilər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə Bakı Baş Gömrük İdarəsinin və Şəxs MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolu və digər sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Belə ki, iş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin TŞ-nin təqiqatçısı X1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli EP № ******* (№ 00100-03444/24) nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC (VÖEN **********) xx.xx.2024-cü il tarixdə 99OK997/99ZD114 yük nəqliyyat vasitəsi ölkə ərazisinə daxil olmuş, lakin Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149-cü maddəsinin tələblərini pozaraq daxil olan mallara dair gömrük bəyanaməsini 15 gün ərzində gömrük orqanına təqdim etməmişdir. Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tədbiq edilir. Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsində görə gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə-fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə qanunvericiliyini yuxarıda sadalanan maddələrinə əsaslanaraq hesab edir ki, Şəxs MMC-nin inzibati xətanı törətməsi faktı sübuta yetirilir. Ona görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 18.5, 30-34, 106-115 və 430.4-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İXM-in 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(013)-878/2024
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-878/2024
27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver