Məhkəmə qərarları › İş №3(013)-9/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-9/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-9/2025 24.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ağdam Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, X1 iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Ağdam rayonu, Qiyaslı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olan və Ağdam rayonu, Dördyol-1 qəsəbəsi, ev 377-də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə DİN-in 102 zəng xidməti mərkəzinə müraciət edərək, bacısı X6 adlı şəxs tərəfindən döyülməsi, xx.xx.2024cü il tarixdə isə, ərizə ilə Ağdam RPŞ-yə müraciət edərək, xx.xx.2024-cü il tarixdə saat 03 radələrində bacısının əri Elmirin evə gələrək mətbəx otağının pəncərəsinin şüşəsini, həmçinin ona məxsus “Hyundai SantaFe” minik markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa işığını sındırması barədə məlumat verərək, həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş Ağdam Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, X4 inzibati protokolu müdafiə edərək göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Agdam rayonu ərazisində yerləşən evinə gələrək mətbəx otağının pəncərəsinin şüşəsini, həmçinin X2 məxsus “Hyundai SantaFe” minik markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa işığını qəsdən vuraraq sındırmışdır. Hadisə ilə bağlı Ağdam rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmış, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində inzibati xəta tərkibi olduğu üçün inzibati tənbeh tədbiri görülməsi üçün qəbul olunmuş qərarın surəti Ağdam RPŞ-nin İTB-yə göndərilmişdir. Odur ki, Şəxs inzibati məsuliyyətə verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında araşdırılmış Ağdam RPŞ-nin TB-nun təhqiqatçısı E.Abdullayev tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Şəxs X2 məxsus “Hyundai SantaFe” minik markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa işığını qəsdən vuraraq sındırmışdır və nəticədə S.Şirinovaya 250 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Ağdam rayon PŞ İTB-nin sahə rəisi X4 tərəfindən tərtib edilmiş MN seriyalı, № ******* nömrəli, 27 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə X2 məxsus “Hyundai SantaFe” minik markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa işığını sındırması və avtomobilin sağ arxa qapısını cızması hərəkətlərini etmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən əmlakı qəsdən məhv etmə və ya zədələmə, yəni özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Beləliklə Ağdam rayon PŞ İTB-nin sahə rəisi X4 tərəfindən tərtib edilmiş protokola və digər sənədlərlə Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir və bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyası həddində, yəni onun barəsində cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106- 119-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislində, yəni 250 (iki yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 (on) gün müddətində Ağdam rayon məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar