Məhkəmə qərarları › İş №3(013)-904/2025

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(013)-904/2025

26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(013)-904/2025 26.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Ağdam Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 2002-ci il tarixdə Azərbaycan Respublikası Ağdam rayonu Çəmənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, hazırda Ağdam rayonu Çəmənli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs - Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 24 dekabr 2025-ci il tarixdə, saat 14-00 radələrində Ağdam Rayonu Quzanlı Qəsəbəsində ictimai yerdə uca səslə nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, göstərilən əməllərinə görə barəsində polis orqanı tərəfindən inzibati iş açılmış və materiallar baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş Ağdam Rayon Polis Şöbəsinin polis sahə rəisi Elçin Əsədov göstərdi ki, 24 dekabr 2025-ci il tarixdə, saat 14-00 radələrində rayonun Quzanlı Qəsəbəsi ərazisində Şəxs məxsus VAZ-2107 markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin instruksiya dəyişikliyinin olması səbəbi ilə polis əməkdaşları tərəfindən saxlanılaraq həmin əraziyə yol patrul xidmətinin əməkdaşlarını dəvət edərkən, Şəxs polis əməkdaşları ilə kobud danışaraq ictimai yerdə uca səslə ünvanlı və ünvansız nəlayiq ifadələr işlətməklə ictimai qaydanı kobud şəkildə pozmuş, Ağdam Rayon Polis Şöbəsinə getməkdən imtina edərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, sonra əməkdaşların köməyi ilə rayon polis şöbəsinə gətirilmiş və barəsində protokol tərtib olunmuşdur. Sonradan əməllərini etiraf etmiş, hazırda peşmançılıq bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini qismən etiraf etdi. Göstərdi ki, həqiqətən 24 dekabr 2025-ci il tarixdə saat 14-00 radələrində Ağdam Rayonu Quzanlı Qəsəbəsi ərazisində polis əməkdaşları onun idarə etdiyi VAZ-2107 markalı **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin instruksiya dəyişikliyinin olması səbəbi ilə saxlamışlar, əraziyə Yol Patrul Xidmət Əməkdaşlarını dəvət etmək istəyərkən polis əməkdaşları ilə mübahisə etmiş, söyüş etmiş, nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmiş, sonra əməlindən peşman olmuşdur, nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam Rayon Polis Şöbəsinin polis serjantı X4 ifadəsində göstərdi ki, 24 dekabr 2025-ci il tarixdə, saat 14-00 radələrində polis serjantı X5 ilə birlikdə rayonu Quzanlı Qəsəbəsi ərazisində xidmətdə olan zaman rayonun Çəmənli kənd sakini Şəxs məxsus VAZ-2107 markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin instruksiya dəyişikliyinin olması səbəbi ilə həmin əraziyə YPXB-nin əməkdaşlarını dəvət edərkən Şəxs onlarla kobud danışaraq ictimai yerdə uca səslə ünvanlı və ünvansız nəlayiq ifadələr işlətmiş, söyüşlər söymüş, ictami qaydanı kobud şəkildə pozaraq polis şöbəsinə getməkdən qəti imtina etmiş, onların qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra əlavə polis əməkdaşları dəvət edərək vətəndaş Şəxs digər polis əməkdaşlarının köməyi ilə rayon polis şöbəsinə gətirilmiş və barəsində rayon polis şöbəsinin rəhbərliyinə müraciət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam Rayon Polis Şöbəsinin polis serjantı X5 oğlu da ifadəsində Sənan Vəliyevin göstərdiklərini təsdiq etdi, eyni məzmunlu ifadə verdi. Məhkəmə hesab edir ki, toplanmış materialda olan sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tövsif edilmiş, o, həmin maddələrlə təqsirli bilinməli və tənbeh edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materialları qiymətləndirib, işin hazırkı halını, Şəxs qismən peşmançılığını nəzərə alıb hesab edir ki, onun islah olunması, qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün inzibati qaydada həbs edilməli və təqsirli bilindiyi maddənin həbs tənbeh tədbiri sanksiyasının aşağı həddində cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, bu yolla onun islah olunmasi yetərlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 2-ci maddəsinə görə X1 vəzifəsi insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinə görə isə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə alınır. İXM-nin 535-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə həmin şəxs daha ciddi xəyaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə qeyd edir ki, Şəxs onun təqsirləndirildiyi maddələrin sanksiyasının ağır olduğu İXM-nin 535.1-ci maddəsi ilə tənbeh veriləcək. 24 dekabr 2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs həmin tarixdə inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-119- cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L Dİ : Şəxs - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinib, 535.1-ci maddəyə əsasən 08 /səkkiz/ gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 24 dekabr 2025-ci il tarixdən saat 17-45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağdam və Bərdə RayonPolis Şöbələrinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar