Məhkəmə qərarları › İş №3(014)-1/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-1/2022

26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-1/2022 26.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi ilə Ağdaş Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-222/2017 saylı, 15 avqust 2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədovun qanuni tələbini yerinə yetirməmiş, icra vərəqəsinə əsasən Şəxs 5940 (beş min doqquz yüz qırx) manat aliment borcunu üzürlü səbəb olmadan X1 ödəməmişdir. Buna görə 15 may 2020-ci il tarixdə Şəxs barəsində onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İşə məhkəmə iclasında baxılan zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment borcunu ödəmək, uşaqlarının anası ilə razılığa gəlmək üçün vaxt istədiyinə görə işə baxılması təxirə salınmış, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs göstərilən tarixdə məhkəmə iclasına gəlməmişdir. Buna görə Ağdaş Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 3(014)-174/2020 saylı qərarı ilə Şəxs polis vasitəsilə məhkəməyə gətirilməsi və o, məhkəməyə gətirilənə qədər inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilmişdir. Uzun müddət keçməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gətirilməsi təmin edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraat təzələnmiş və məhkəmə iclasında baxılması üçün təyin edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi vasitəsi ilə məlumat verilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş İcra və Probasiya Şöbəsinin rəisi Şaiq Məmmədov məhkəmə iclasına gəlmədiyinə görə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38.5-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 75.0.6-cı maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Həmin Məcəllənin 84-cü maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilənlərə əsasən hesab edirəm ki, müddətin keçməsi ilə bağlı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair MN ******* №-li inzibati xəta haqqında protokol üzrə işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar