Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-1/2023 08.02.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun, məhkəmə iclasının katibi X6 iştrakı ilə, Hüquqi ünvanı Ağdaş şəhəri, H.Əliyev prospekti, ev 7 olan Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala 08 fevral 2023cü il tarixə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən tərəfindən tərtib olunmuş 01 aprel 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs X7 Agentliyi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, ER-22/205 saylı ekoloji ekspertiza rəyində qeyd edilmiş 9 ədəd ağac yaşıllıqların götürülməsi vərəqi olmadan götürülmüşdür. Ağdaş Rayon Məhkəməsinin 3(014)-173/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə təqsirli bilinib və ona 15000 (on beş min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli 3(014)-173/2022 nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs Şəxs tərəfindən şikayət vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-178/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli 3(014)-173/2022 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Ağdaş Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 3(014)-173/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinə edilmiş sorğuya baxılanadək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qərarı qəbul edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli 3(014)-1/2023 nömrəli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253- 1.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən tərəfindən tərtib olunmuş 01 aprel 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair material üzrə icraat təzələnmişdir. Əvvəlki məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə4 izahatında bildirdi ki, Şəxsnə məxsus olan 1,5550 ha torpaq sahəsində tikinti işlərinin aparılması məqsədi ilə Şəxs MMM ilə “Hünər-İnşaat” firması arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən müəyyən öhdəlikləri “Hünər-İnşaat” firması üzərinə götürmüşdür. Əraziyə keçirilən baxış zamanı 4 mərtəbəli, 4 binanın tikinti işlərinin aparılması ilə əlaqədar qazılaraq götürülmüş torpağın ərazi daxilində qalaqlanması, müxtəlif cinsli və diametrli ümumilikdə 27 ədəd ağacın və 10 ədəd nar kolunun bioloji inkişafda olması müəyyən edilmişdir. Araşdırma müddətində tikinti altına düşən ağacların götürülməsi ilə bağlı yaşıllığın götürülməsi vərəqi Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməmişdir. Yaşıllıqların mövcud olması və sonradan Şəxs tərəfindən qanunsuz olaraq götürülməsi tərtib edilmiş akt, fotoşəkillər və digər sənədlərlə öz təsdiqini tapır. Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə görə hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə AR İXM-nin 64.3-cü maddəsinə əsasən hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının baxılmasını mümkün hesab edir. Şəxs direktoru X8 hazırkı iş üzrə birinci instansiya məhkəməsində aparılan ilk icraat zamanı məhkəməyə ünvanladığı etirazında bildirmişdir ki, aşağıda göstərilən hüquq normalarına və dəlillərə əsasən sözügedən protokol qanunsuz və əsassızdır, bu səbəbdən də protokol ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, ilk öncə protokolda, həmin protokolun tərtib və təsdiq edilməsinə əsas kimi qeyd edilən fakt və qanunvericilik normalarına diqqət yetirməyi zəruri hesab edir. Protokolun təsdiq edilməsinə dair irəli sürülən fakt kimi Şəxs MMM-ə məxsus olan torpaq sahəsində tikinti altına düşən ağacların götürülməsi ilə bağlı “yaşıllıqların götürülmə vərəqi”nin təqdim edilməməsi, hüquqi əsas kimi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın tələblərinə riayət edilmədiyinə görə Azərbaycan Respublikası İXM-in 253- 1.2.2-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması göstərilir. Bu etiraza əlavə edilən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 7 ünvanında yerləşən 1,5550 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Şəxs MMM-ə məxsusdur. Həmin çıxarışdan görünür ki, xüsusi mülkiyyət hüququ əsasında Şəxs MMM-ə məxsus olan 1,5550 ha torpaq sahəsinin kateqoriyası yaşayış məntəqlərinin torpaqları kateqoriyasına aiddir. İnzibati xəta haqqında protokola əlavə edilən ünvan 4 ünvanda 10 ədəd, 1 girişli, 4 mərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsi barədə 80 №-li, xx.xx.2021-ci il tarixli Sərəncamından və 04 №-li, xx.xx.2021-ci il tarixli Tikintiyə icazə barədə Xüsusi Nişandan görünür ki, təqdim edilmiş tikinti layihəsinə uyğun olaraq tikintisinə icazə verilən torpaq sahəsi Şəxs MMM-in xüsusi mülkiyyəti kimi göstərilən olan Ağdaş şəhəri Heydər Əliyev prospekti 7 ünvanında yerləşən 1,5550 ha torpaq sahəsidir. Odur ki, protokolda göstərilən faktın baş verməsi, başqa sözlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın müvafiq tələbinin (yaşıllıqların götürülməsi tələbi) pozulması mövcud hüquqi vəziyyətə uyğun olaraq, Şəxs MMM-in Azərbaycan Respublikası İXM-in 253-1.2.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın tələbləri xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara şamil edilmir. Sözügedən Qaydalar isə “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 02 may tarixli, 957-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2014-cü il tarixli, 190 №-li Fərmanına əsasən (Fərmanın 1.1.8-ci bəndi) hazırlanmışdır. Hətta həmin Qaydalarda belə imperativ göstəriş ondan ibarətdir ki, yaşıllıqların götürülmə mexanizmi xüsusi mülkiyyətdə olan sahələrdəki yaşıllıqlara şamil edilmir. “Yaşıllıqların götürülməsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir. Həmçinin, Azərbaycan Respublikası İXM-in 253-cü maddəsinin Qeydindən də görünür ki, 253-1-ci maddələrinin qüvvəsi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara şamil edilmir. İşin yuxarıda göstərilən hallarından başqa, tikinti layihəsinə uyğun olaraq xüsusi mülkiyyətdə olan torpaq sahəsində planlaşdırılan tikinti sahəsinin altına düşən və götürülmə vərəqi tələb olunan 9 ədəd ağac götürülməmişdir. Belə ki, 9 ədəd sayda ağacın yerləşdiyi torpaq sahəsində tikinti işlərinə başlanılmamış və məhz bu səbəbdən də ağacların götürülməsinə lüzum olmamamışdır. Ümumiyyətlə, məlum inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün əsas olan 67051 №-li, xx.xx.2022-ci il tarixli aktla müəyyən edilən hal həqiqəti əks etdirmir. X7 Agentliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ER-22/205 nömrəli ekoloji ekspertizanın rəyindən göründüyü kimi (layihə ərazisi barədə məlumatda), baş plan üzrə əraziyə keçirilən baxış zamanı ərazidə 33 (otuz üç) ədəd müxtəlif cinsli ağaclar və böyürtkən kollarının olduğu, onlardan 1 (bir) ədəd (dm=12sm) palıd, 2 (iki) ədəd (dm=26sm, 28sm) qovaq, 2 (iki) ədəd (dm=40sm) əncir, 3 (üç) ədəd (dm=4sm) akasiya və 1 (bir) ədəd (dm=4sm) ağacının (cəmi 9 ədəd) tikinti altına düşdüyü bildirildiyi halda, sözügedən aktda (aktın tərtib edildiyi tarixə) həmin ərazidə ümumilikdə 37 (otuz yeddi) ədəd ağac və nar kolunun bioloji inkişafda olması göstərilir. Qeyd edilən sənədlərdəki ağacların sayı ilə bağlı sadə riyazi hesablama apardıqda belə nəticəyə gəlinir ki, qeyd edilən ərazidən ümumiyyətlə ağac götürülməmişdir. Həmçinin, sözügedən aktda hansı növdə və ölçüdə olan ağacların götürülməsinə istinad edən hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olan 67051№-li, xx.xx.2022-ci il tarixli akt formal əsassız mülahizələrdən ibarət olmaqla, qanunsuz və əsassız protokolun tərtib edilməsinə əsas olmuşdur. Beləliklə, qanun normalarından və işin halından görünür ki, sözügedən torpaq sahəsində ağacların götürülməsini nəzərdə tutan tələblər, habelə göstərilən tələbləri şərtləndirən X7 Agentliyi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, ER-22/205 saylı Ekoloji Ekspertiza rəyinin 4-cü bəndinin 5-ci abzasında göstərilən tələb qanuna uyğun deyildir. Torpaq sahəsinin xüsusi mülkiyyətdə olması, habelə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olduğundan Şəxs MMM barəsində başlanılan inzibati xəta haqqında icraata xitam verilməlidir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş MN № ******* nömrəli, 01 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsinə və Şəxs MMM barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştrakı olmadan məhkəmə iclasının keçrilməsini mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, barəsində inzibati xəta protokolu tərtib edilmiş Şəxs MMMnin nümayəndəsinın etirazını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMM barəsində inzibati xəta tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. İşin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Şəxs MMM-ə ünvanladığı 14 aprel 2022-ci il tarixli, № U-MG/472-013 saylı məcburi göstərişindən görünür ki, ünvan 6 ünvanda Şəxs MMM-in mülkiyyətində olan 1,5550 ha ərazidə bioloji inkişafda olan müxtəlif cinsli və diametrli ümumilikdə 27 ədəd ağacın və 10 ədəd nar kolunun toxunulmazlığı və aqrotexniki quluq edilməsinin təmin edilməsi tapşırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31 mart 2022-ci il tarixli, № 67051 saylı aktından görünür ki, Şəxs MMM-ə məxsus ərazi daxilində müxtəlif cinsli və diametrli ümimilikdə 27 ədəd ağac və 10 ədəd nar kolunun bioloji inkişafda olması, ekoloji ekspertiza rəyinin tələblərində tikinti altına düşən, bioloji inkişafda olan 09 ədəd ağacın qaydaları uyğun götürülməsi qeyd edilsə də, araşdırma zamanı tikinti altına düşən ağacların həmin qaydaların tələblərinə zidd olaraq “yaşıllıqların götürülməsi vərəqi” olmadan götürülməsi müəyyən edilmişdir İşin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Agentliyinin xx.xx.2021-ci il tarixli, № 22/1522 saylı rəyindən görünür ki, Şəxs MMM-ə məxsus əraziyə baş plan üzrə keçirilən baxış zaman ərazidə 33 (otuz üç) ədəd müxtəlif cinsli ağaclar və böyürtkən kollarının olduğu müəyyən edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Agentliyinin xx.xx.2021-ci il tarixli, № 22/1522 saylı rəyindən görünür ki, Şəxs MMM-ə məxsus əraziyə tikinti altına düşməsi zəruri olan 9 ədəd ağacların götrülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Ağdaş Rayon İcra Hakimiyyəti başçısı Tofiq İbrahimovun 03 may 2021-ci il tarixli 80 nömrəli sərancamından görünür ki, Şəxs X3 Ağdaş şəhəri, H.Əliyev prospekti 7 saylı ünvanda 10 ədəd, 1 girişli, 4 mərtəbəli binaların tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsinə əsasən yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi” qaydalarının 2.1-ci bəndinə əsasən Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Bu qaydaların 2.7-ci bəndinə əsasən yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün bu Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər əlavə olmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur. Həmin qaydaların 2.9-cu bəndinə əsasən istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. Bu Qaydaların 2.11-ci bəndinə əsasən istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanı, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən yaşıllığın götürülməsi haqqında qərarının və yaşıllığın götürülməsi vərəqinin surəti 2(iki) gün müddətində məlumat üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 noyabr 2022-ci il tarixli qərarında qeyd edilir ki, “Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, tikinti layihəsinin təsdiqlənməsi və tikintiyə qanunvericiliklə müəyyən edilmiş qaydada icazənin verilməsi tikinti işləri aparılacaq ərazidə yaşıllıqların götürülməsi üçün əsas kimi çıxış edir. Bu baxımdan tikinti layihəsinin təsdiqlənməsi, tikintiyə icazənin verilməsi müvafiq ərazidə tikinti işlərinin aparılması məqsədilə yaşıllıqların kəsilməsi (götürülməsi) halında cinayət məsuliyyətinin yaranmasını istisna edir.” Həmin qərarda eyni zamanda qeyd edilmişdir ki, “...çoxmənzilli binaların inşası ilə əlaqədar yaşıllıqların götürülməsi məsələsi ilə bağlı normalar şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 57-ci maddəsi ilə tikinti obyektinə dair tələblər müəyyən edilmişdir. Bu tələblərdən biri yaşıllıqların qorunması ilə bağlı olub, tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatların tam və dürüst əks etdirilməsini, yaşıllıqların salınmasının mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmasını nəzərdə tutur. Məcəllənin 83.0.6 və 85.4-cü maddələrinə uyğun olaraq, tikinti layihəsinə ekologiya bölməsi də əlavə edilməlidir. Tikintiyə icazədə tikinti ərazisində olan ağacların, kolların və digər yaşıllıqların mühafizəsi tədbirləri nəzərdə tutulmalıdır. Tikinti layihələrinin icrası nəticəsində götürülən yaşıllıqların miqdarı, növ tərkibi və bərpa dəyəri haqqında məlumatlar tikinti layihəsinin ekologiya bölməsinə daxil edilir.” Göründüyü kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən tərəfindən inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas “yaşıllıqların götürülməsi vərəqi” olmadan yaşıllıqların götürülməsi qeyd olunsa da, yaşıllıqların həqiqətən götürülüb götürülməməsi, götürülübsə qeyd edilən vərəqə olmadan götürülməsində barəsində inzibati xəta haqqında icraata aparılan şəxsin təqsiri olub olmamasına, və nəhayət yaşıllıqların məhz Şəxs MMM tərəfindən götürülməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqdim edilmiş sübutlar isə ziddiyətli olmuşdur. X7 rəyində mövcud ağac və kolların ümumi sayı 33 ədəd, götürüləcək ağacların sayı 09 ədəd göstərilsə də, iş materiallarında olan və protokolun tərtib edilməsi üçün əsas olan aktda qalan və qorunması tələb edilən ağac və kolların ümumi sayı 36 ədəd göstərilmişdir. Bu isə həmin aktın mötəbərliyini şübhə altına alır. Bundan əlavə protokol vəzifəli şəxs tərəfindən AR İXM-nin 253-1.2.2-ci maddəsinin dispoziyasında nəzərə tutulan alternativ əməllərdən ikincisinin, yəni yaşıllıqların götürülməsi vərəqi olmadan yaşıllıqların götürülməsi əsası ilə tərtib edilmişdir. Yəni inzibati orqan iddia edir ki, hüquqi şəxs müvafiq vərəqə olmadan yaşıllıqları götürdüyünə görə yuxarıda adı çəkilən AR İXM-nin 253-1.2.2-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Protokol tərtib etmiş vəzifəli şəxs müvafiq qərarın, ekoloji ekspertiza rəyinin olmasını mübahisələndirməmiş, yalnız formal əsaslardan çıxış edərək “yaşıllıqların götürülməsi vərəqəsinin olmamasını” əsas gətirərək yuxarıda adı çəkilən maddə ilə şəxs barəsində protokol tərtib edib məhkəməyə göndərmişdir. Halbuku, “Yaşıllıqların götürülməsi” haqqında qaydaların 2.7, 2.9, 2.11-ci maddələrinin məzmunundan görünür ki, həmin vərəqəni ərizəçiyə təqdim etmək icra hakimiyyəti orqanlarının vəzifəsi olmuşdur. Bundan əlavə qeyd edilən vərəqənin bir surəti də adı çəkilən qaydaların 2.11-ci bəndinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilir. Müvafiq orqan araşdırma aparmaqla “yaşıllıqların götürülməsi vərəqəsinin” surətini əldə edə bilərdi. Eyni zamanda dövlət orqanların öz vəzifə və səlahiyyətlərin lazımi qaydada həyata keçirilməməsinin məsuliyyəti vətəndaşların, hüquqi şəxslərin üzərinə qoyula bilməz. Bundan əlavə iş materiallarında olan podrat müqaviləsindən görünür ki, Şəxs MMM sifarişi əsasında qeyd edilən ünvanda 10 ədəd, 1 girişli 4 mərtəbəli binaların tikinti işlərinin aparılmasını, yükunlaşdırılmasını “Hünər-inşaat” firmasının icraçı direktoru X9 öz öhdəliyinə götürmüşdür. Belə olan halda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən tərəfindən nəyə görə hüquqi şəxs Şəxs MMM barəsində protokol tərtib etməsi aydın deyil. AR İXM-ninn 18-ci maddəsi hüquqi şəxsin kimlər tərəfindən inzibati məsuliyyətə cəlb edilməsinin əsaslarını və qaydasını müəyyən etmişdir. Həmin maddələrdə qeyd edilir ki, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Bu Məcəllənin 18.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs barəsində bu Məcəllənin 53.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə mane olmur. Göründüyü kimi hüquqi şəxs o halda inzibati məsuliyyətə cəlb oluna bilər ki, yuxarıda sadalan şəxslər tərəfindən inzibati xəta törədilsin, bu xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunmasına xidmət etsin. Hazırkı iş materiallarında qeyd edilən inzibati xətanın Şəxs MMM-nin və ya “Hünərinşaat” firmasının vəzifəli şəxsləri tərəfindən törədilməsi müəyyən edilmir. AR İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, Şəxs barəsində AR İXMnin 253-1.2.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs X4 barəsində tərtib edilmiş 01 aprel 2022-ci il tarixli MN № ******* saylı protokolla bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Nizam Əliyev.
Məhkəmə qərarları › İş №3(014)-1/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-1/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver