Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-100/2022 11.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN-nin EQ9055498 nömrəli, 19.02.2022-ci il tarixli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin BDYP-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasıyev tərəfindən qəbul edilmiş EQ9055498 nömrəli, 19.02.2022-ci il tarixli qərarının ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X2 şikayətini onunla əsaslandırmışdır ki, 19.02.2022-ci il tarixdə idarə etdiyi avtomobilini Ağdaş şəhəri, Heydər Əliyev prospektində yolun kənarında saxlayıb ərzaq mağazasına daxil olmuş, sonradan ona SMS Radar vasitəsi ilə məlumat gələrkən bilmişdir ki, barəsində Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə EQ9055498 nömrəli, 19.02.2022-ci il tarixli qərar qəbul edilmiş, barəsində tərtib edilmiş elektron qərarın xüsusi texniki vasitənin köməkliyi ilə aşkar olunduğu göstərilmişdir. Aşağıda göstərdiyi əsaslara görə Azərbaycan Respublikası DİN-nin EQ9055498 nömrəli, 19.02.2022-ci il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Hesab edir ki, qeyd edilən maddə ilə barəsində qərar qəbul edilməsi qanuna ziddir. Belə ki, YPX inspektoru qeyd edilən halı əl ilə mexaniki surətdə planşet vasitəsi ilə çəkmişdir. Halbuki İXM-nin 346.2-ci maddəsi ilə törədilən inzibati xətalar operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq qeydə alınmalıdır. Hazırki iş üzrə isə YPX əməkdaşı xidməti avtomaşından əl ilə mexaniki surətdə çəkmiş və bu barədə qərar qəbul etmişdir. Barəsində DİN BDYP-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasıyev tərəfindən 19.02.2022-ci il tarixli EQ9055498 saylı qərar qəbul edilərkən İXM-nin 81.1-ci, 122.1-ci, 122.5-ci, 124.5-ci və 124.6-cı maddələrinin normaları pozulmuşdur. Belə ki, həmin qərar xüsusi texniki vasitə ilə deyil, Ağdaş RPŞ-nin DYPB-nin YPX inspektoru tərəfindən mexaniki surətdə qeydə alınmışdır. Bundan başqa qeyd edilən qərarda xüsusi texniki vasitələrin göstəriciləri göstərilməmiş, foto qeydiyyat funksiyalarıa malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmamış, mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənməmiş, real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Hesab edir ki, onun qanunda nəzərdə tutulmuş yuxarıda qeyd edilən hüquqları pozulduğundan şikayəti təmin edilməli, barəsində DİN BDYP-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasıyev tərəfindən 19.02.2022-ci il tarixli EQ9055498 saylı qərar üzrə 40 manat inzibati cərimə edilməsinə dair qəbul edilmiş qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icrata xitam verilməlidir. Şikayət vermiş şəxs X2 ərizə ilə məhkəməyə müraciət edərək Qarabağda işləməsi ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini bildirərək şikayətinə baxılıb təmin edilməsini xahiş etmişdir. Buna görə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsaslanaraq qərarından şikayət verilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq hesab edirəm ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, işə əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BDYP-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasıyev tərəfindən qəbul edilmiş EQ9055498 nömrəli, 19.02.2022-ci il tarixli qərarın surətindən görünür ki, X2 ona məxsus avtomobili ilə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən 40 manat məbləğində inzibati cərimə edilmişdir. İşə əlavə olunmuş DİN-nin DYP Web portalından çıxarılmış fotoşəklinin surətindən görünür ki, “VAZ-21099” markalı 03BH807 qeydiyyat nömrə nişanlı minik avtomobili ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasından 15 metrdən az yaxınlıqda dayanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 134.1, 134.1.1, 134.1.2, 134.1.3, 134.1.4 və 134.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1, 135.1.2, 135.1.3, 135.1.4, 135.1.5 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən edildi ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 şikayətində qərarın xüsusi texniki vasitənin köməkliyi ilə deyil, YPX inspektoru tərəfindən mexaniki surətdə planşet vasitəsi ilə çəkilmiş hal əsasında qəbul edildiyini, qərarda xüsusi texniki vasitələrin göstəricilərinin göstərilmədiyini, foto qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmadığını, mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənmədiyini, real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülmədiyini göstərsə də, məhkəməyə gəlməmiş, şikayətinə əlavə etdiyi fotoşəkildən başqa qeyd etdiklərini təsdiq edən digər sübut təqdim etməmişdir. Təqdim olunan fotoşıkildən görünən odur ki, X2 istifadəsində olan “VAZ-21099” markalı 03BH807 qeydiyyat nömrə nişanlı minik avtomobili ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasından 15 metrdən az yaxınlıqda saxlamışdır. Hesab edirəm ki, X1 şikayəti əsassız olduğuna görə təmin edilməməli, Azərbaycan Respublikası DİN-nin BDYP-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasıyev tərəfindən qəbul edilmiş EQ9055498 nömrəli, 19.02.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsalanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN-nin BDYP-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasıyev tərəfindən qəbul edilmiş EQ9055498 nömrəli, 19.02.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-100/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-100/2022
11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver