Məhkəmə qərarları › İş №3(014)-100/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-100/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-100/2023 23.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 oğlunun iclas katibliyi, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəisi Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərar əsasında X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X5 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin MN № ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Aşdaş şəhəri, M.İsayev küçəsində yerləşən 4061 inventar nömrəli yerli əhəmiyyətli Musiqi məktəbinin və kitabxananın 1-ci mərtəbəsində yerləşən iaşə obyektində abidənin bədii estetik görünüşünü korlayan reklam lövhələri yerləşdirildiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən mağaza xüsusi mülkiyyətdədir. Həmin mağazanın fasadında yerləşdirilmiş reklam lövhələri binanın bədii-estetik görünüşünü korlamamaqla yanaşı binaya hər-hansı bir xələl gətirməməklə quraşdırılmış, həmçinin bu barədə açıq məkanda reklam yerləşdirilməsinə dair Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsi ilə xx.xx.2022-ci il tarixli İ**********0003 saylı icazə vərəqi alınmış, həmin icazənin müddəti isə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədəkdir. Açıq məkanda reklam yerləşdirilməsinə dair icazəsinin olmasına və bu icazənin müddətinin bitməməsinə baxmayaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin əməkdaşları barəsində qərəzli şəkildə protokol tərtib edərək qərar qəbul etmiş, həmçinin qərar qəbul edilərkən belə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbehin yuxarı həddini tətbiq etmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin MN ******* saylı xx.xx.2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş olunmuşdur. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(014)-80/2023 saylı qərarı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərarından X5 tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(107)-108/2023 saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 şikayətinin qismən təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(014)-80/2023 saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardan şikayət vermiş şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, tarix və mədəniyyət abidələrinin bədii estetik görünüşünü korlayan reklam lövhələrinin yerləşdirilməsi qanuna ziddir. X2 Aşdaş şəhəri, M.İsayev küçəsində yerləşən 4061 inventar nömrəli yerli əhəmiyyətli Musiqi məktəbinin və kitabxananın 1-ci mərtəbəsində yerləşdirdiyi reklam lövhələri abidənin bədii estetik görünüşünü korlayır. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatını dinləyib, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 barəsində Azərbaycan Respublikası İXM-in 231.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Şikayət araşdırılarkən məhkəmə baxışında müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol və inzibati xəta haqqında qərar tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqları pozulmuşdur. Belə ki, açıq məkanda reklam yerləşdirilməsinə dair icazəsi olmasına və bu icazənin müddətinin bitməsinə baxmayaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin əməkdaşları barəsində qərəzli şəkildə protokol tərtib edərək qərar qəbul etmiş, həmçinin qərar qəbul edilərkən belə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbehin yuxarı həddi tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Göründüyü kimi X5 barəsində tərtib edilmiş 07 fevral 2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən o, inzibati xəta haqqında protokolla tanış edilməmiş və izahatı alınmamış, onun iştirakı təmin edilməmişdir. Qərar birtərəfli qaydada tərtib edilmiş, nəticədə barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib edilmiş şəxs izahatlar vermək və ya qərarın məzmunu barəsində öz mülahizələrini təqdim etmək imkanlarından məhrum edilmişdir. Məhkəmə qeyd edir ki, bu pozuntular da X2 öz müdafiə hüququnu qurmaqdan məhrum olunması anlamına gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə imzalanması üçün təqdim edilməmişdir. Həmçinin, müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar 07 fevral 2023-cü tarixdə qəbul edilərək, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (yüz) manat inzibati cərimə olunmuşdur. Lakin işə baxılmasının yeri və vaxtı bərədə X4 məlumat verilməmişdir. Məhkəmə qeyd edilən hallara qiymət verərək hesab edir ki, işə baxılmasının yeri və vaxtı barədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məlumat verilmədən baxılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə hesab edir ki, işə baxılmasının yeri və müddəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məlumat verilmədən baxılması nəticəsində X5 inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək kimi hüquqlarından məhrum edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərarı qəbul edilərkən X4 lazımı qaydada məlumatlandırılmaması və iştirakının təmin edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Bundan başqa Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsi tərəfindən onun barəsində hazırkı inzibati xəta haqqıdan icraat başlanması üçün əsas olan halların aradan qaldırılması, bu mümkün olmadıqda müvafiq inzibati məsuliyyətə cəlb ediləcəyi barədə müvafiq bildiriş göndərilməsi iş materiallarından müəyyən edilmir. Bundan əlavə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında’’ Azərbaycan Respublikasının Qanununun l-ci maddəsinin 7-ci bəndinə əsasən reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində və mühafizə zonalarında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yerləşdirilə bilər. İş materiallarına əlavə edilmiş Açıq məkanda reklam yerləşdirilməsinə icazə barədə i**********0003 qeydiyyat nömrəli bildirişdən görünür ki, X4 Ağdaş rayonu, M.İsayev küçəsində yerləşən obyektinə ölçüsü 0.90mx2.00 m olmaqla 1.80 kmetr sahə üzrə “digər fəsad” növü üzrə reklam yerləşdirilməsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək icazə verilmişdir. Göründüyü kimi X4 müvafiq orqan tərəfindən rəsmi icazə verilməsinə, həmin icazə sənədinin verilməsi üçün hansı normativ aktların əsas olması, bundan əlavə bir orqan tərəfindən reklam yerləşdirilməsinə icazə verilməsi, digər orqandan müvafiq icazənin alınmaması ilə nəticələnən inzibati xəta əməli üzrə real hərəkət və ya hərəkətsizlikdə onun təqsirli olub-olmaması, o cümlədən onun “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə hansı tələblərin pozması halı araşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Eyni zamanda, inzibati xəta vaxtında düzgün araşdırılmadığından (ümumiyyətlə araşdırma aparılmadığından), həqiqətən də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs tərəfindən inzibati xətanın törədilməsi öz təsdiqini tapmır. Belə ki, inzibati xəta haqqında işlərdə sübut növü hesab edilə bilən heç bir sübut mövcud deyil. Belə olan halda isə sübut etmə yükü inzibati orqanın üzərində qalır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hazırkı halda isə nə maddi sübutlar, nə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatları, nə digər sənədlər, nə xüsusi texniki vasitələrin göstəriciləri ilə, nə də qanuna uyğun olaraq tərtib edilməyən inzibati xəta haqqında protokolla və qanunvericiliklə müəyyən edilmiş digər protokollarla inzibati xətanın baş verməsi təsdiq olunmur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar