Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-102/2022 28.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X1 iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Ağdaş şəhəri Qaçaq Nəbi küçəsi 18 saylı evdə qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolu üzrə materiala 28 fevral 2022-ci il tarixdə saat 14:20-də Ağdaş Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 oktyabr 2019-cu il 2(102)- 6129/2019 saylı qərarına əsasən Zərərçəkmiş şəxs 17 sentyabr 2017-ci il tarixdə doğulmuş X3 ilə hər həftənin şənbə və bazar günləri, saat 12:00-dan 18:00-dək ünsiyyətdə olmaq vaxtı müəyyən edilməsinə baxmayaq icra məmurunun qanuni tələblərinin yerinə yetirilməmişdir. Buna görə Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X4 tərəfindən onun barəsində 25 fevral 2022ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X1 məhkəmə iclasında göstərmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 oktyabr 2019-cu il 2(102)-6129/2019 saylı qərarına əsasən Zərərçəkmiş şəxs 17 sentyabr 2017-ci il tarixdə doğulmuş X3 ilə hər həftənin şənbə və bazar günləri, saat 12:00-dan 18:00-dək ünsiyyətdə olmaq vaxtı müəyyən edilməsi barədə icra vərəqəsi icraatına daxil olmuşdur. Şəxs qətnaməni icra etməsini tələb etsəmdə, imtina edərək onun qanuni tələbini yerinə yetirmədiyi üçün tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 oktyabr 2019-cu il 2(102)- 6129/2019 saylı qərarına əsasən Zərərçəkmiş şəxs 17 sentyabr 2017-ci il tarixdə doğulmuş X3 ilə hər həftənin şənbə və bazar günləri, saat 12:00-dan 18:00-dək ünsiyyətdə olmaq vaxtı müəyyən edilməsi qət edilmişdir. Azyaşlı Məryəmin atası Zərərçəkmiş şəxs ilə görüməsinə şərait yaratsa da, uşaq pisxoloji travma aldığından ağlayaraq atası ilə görüşmək istəmir. Hətta bir neçə dəfə Ağdaş şəhər 7 nömrəli P.Babayev adına şəhər tam orta məktəbin pisxoloqu Sevinc Abdullayevanın iştrakı ilə azyaşlı Məryəmin atası Zərərçəkmiş şəxs ilə görüməsinə şərait yaratmış, uşaq əvvəl ağlayaraq atası ilə görüşməkdən imtina etmiş, lakin onun tövsiyyəsi ilə atası hədiyyə gətirdikdən sonra uşaq atası ilə ünsiyyətdə olmuşdur. Bütün görüşləri telefon vasitəsi ilə qeydə almışdır. Ali məhkəmənin qərarına hörmətlə yanaşır və heç bir qanunsuzluq etməmişdir. Buna görə də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsin xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 oktyabr 2019-cu il 2(102)-6129/2019 saylı qərarına əsasən Zərərçəkmiş şəxs 17 sentyabr 2017-ci il tarixdə doğulmuş X3 ilə hər həftənin şənbə və bazar günləri, saat 12:00-dan 18:00-dək ünsiyyətdə olmaq vaxtı müəyyən edilməsi qət edilsə də, Şəxs ona uşağı ilə görüşüb ünsiyyətdə olmasına şərait yaratmır. İş materiallarında 12.06.2021-ci il tarixli, 01.08.2021-ci il tarixli, 23.10.2021-ci il tarixli,01.11.2021-ci il tarixli və 09.12.2021-ci il tarixli AKT-lardan görünür ki, Şəxs azyaşlı Məryəmin atası Zərərçəkmiş şəxs ilə görüməsinə şərait yaratsa da, uşaq ağladığından atası ilə görüş baş tutmamışdır. İş materiallarında Ağdaş şəhər 7 nömrəli P.Babayev adına şəhər tam orta məktəbin pisxoloqu Sevinc Abdullayeva tərəfindən verilmiş rəydən görünür ki, bir neçə dəfə Şəxs azyaşlı Məryəmin atası Zərərçəkmiş şəxs ilə görüməsinə şərait yaratmış, uşaq əvvəl ağlayaraq atası ilə görüşməkdən imtina etmiş, lakin atası hədiyyə gətirdikdən sonra uşaq atası ilə ünsiyyətdə olmuşdur. Bundan əlavə tələbkarın və zərərçəkmiş şəxsin izahatından da görünür ki, icra vərəqəsinin icrasına borclu tərəfindən hər hansı maneə törədilməmiş, tələbkarın övladı ilə görüşməsinin baş tutmaması uşağın ağlaması ilə əlaqədar olmuşdur. Məhkəmə, təqdim olunan sübutlara və iş materialarında olan aktlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 oktyabr 2019-cu il 2(102)- 6129/2019 saylı icra sənədinin üzürsüz səbəbdən icra etməməsi və Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində icra məmurunun qanuni tələbini icra etmədiyinə dair sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Qanunun mənasından göründüyü kimi əməldə inzibati xətanın tərkibi yoxdursa, iş üzrə icraata xitam verilməlidir. Bu halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 53, 84, 112, 114, 115, 117, 128-130ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərar verdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X2 tərəfindən tərtib edilmiş 25 fevral 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya məhkəməsinə şikayət və protest vermək olar. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-102/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-102/2022
28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver