Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-102/2025 26.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Aidə Binyamin qızının katibliyi, Ağdaş rayon Polis şöbəsinin X3 sahə rəisi X6, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1981-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Ağdaş rayonunun Qaradeyin kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 25 fevral 2025-ci il tarixdə Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan başqa, Şəxs 22-23 noyabr 2025-ci il tarixdə Ağdaş Ağdaş rayonu, Qaradeyin kəndi ərazisində yerləşən həyətində qanunsuz olaraq narkotik vasitə olan marixuana istifadə etməsi aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X3 sahə rəisi X9 bildirdi ki, 25 fevral 2025-ci il tarixdə Ağdaş rayonu, Qaradeyin kəndində yaşayan Şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən yaşadığı ünvanda saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumatlara əsasən onun həyətindəki yarımtikililər daxil olmaqla Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən yaşadığı evə və evin həyətinə baxış keçirilməsi məqsədi ilə rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Ağdaş Rayon Məhkəməsinin qərarına əsasən 25 fevral 2025-ci il tarixdə Ağdaş rayonu, Qaradeyin kəndində Şəxs yaşadığı evin qarşısında ona yaxınlaşaraq özlərini təqdim edib Ağdaş Rayon Məhkəməsinin qərarını təqdim edərək yaşadığı ünvana baxış keçiriləcəyini bildirən zaman o, ucadan qışqıraraq səs-küy salmağa başlayaraq yaşadığı ünvana baxış keçirilməsinə maneə olaraq qanuni tələbinə qəsdən tabe olmadığı üçün ərazidə xidmət aparan rayon X16 Patrul Xidməti Bölüyünün əməkdaşları oraya çağırılaraq həmin şəxsi Ağdaş rayon Polis Şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilmiş və baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Bundan sonra Şəxs narkoloji yoxlamadan keçirilməsi üçün Gəncə şəhər Narkoloji Dispanserə göndərilmiş və sidiyində THC (marixana) aşkar edilmişdir. Bununla da bağlı Şəxs barəsində Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Ağdaş rayonu, Qaradeyin kəndində yaşadıqları evdə olarkən polis əməkdaşları onun evinə gəlib özlərini təqdim etdikdən sonra yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Evdə yaşlı anası olduğundan və anasının qorxacağını düşünüb polis əməkdaşlarının evinə baxış keçirməsinə etiraz etmiş və polisin əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Daha sonra polis əməkdaşları onu Polis Şöbəsinə gətirmişlər. Daha sonra Şəxs verilən sualları cavablandırarkən bildirdi ki, o, 21 yaşından narkotik vasitədən istifadə edir. Narkotik vasitə qəbul etmədikdə bədənində ağrılar olur. O, yalnız narkotik vasitə olan marixuanadan istifadə edir. Polis əməkdaşlarına həyətinə baxış keçirmələrinə icazə verməmişdir. X7 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən yaşadığı ünvanda saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumatlara əsasən onun həyətindəki yarımtikililər daxil olmaqla Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən yaşadığı evə və evin həyətinə baxış keçirilməsi məqsədi ilə Ağdaş Rayon Məhkəməsinin qərarına əsasən 25 fevral 2025-ci il tarixdə Ağdaş rayonu, Qaradeyin kəndində Şəxs yaşadığı evin qarşısında ona yaxınlaşaraq özlərini təqdim edərək Ağdaş Rayon Məhkəməsinin qərarını təqdim edərək yaşadığı ünvana baxış keçiriləcəyini bildirən zaman o, ucadan qışqıraraq səs-küy salmağa başlayaraq yaşadığı ünvana baxış keçirilməsinə maneə olaraq qanuni tələbinə qəsdən tabe olmadığı üçün ərazidə xidmət aparan rayon X16 Patrul Xidməti Bölüyünün polis nəfərləri polis serjantı Rəcəb Mayılov və polis serjantı Pərviz Əsgərov oraya çağırılaraq həmin şəxsi Ağdaş rayon Polis Şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, polis əməkdaşı Pərviz Əsgərovla birlikdə Ağdaş rayonu, Qaradeyin kəndində xidmətdə olarkən Ağdaş rayon X1ra Qaradeyin kəndində yaşayan Şəxs narkotik vasitələrin istifadəsində şübhəli bilindiyinə, onun həyətinə baxış keçirmək istəyən əməliyyat müvəkkilinə icazə verməyərək küçədə səs-küy saldığınına dair məlumat vermişlər. Onlar da dərhal həmin ünvana getmişlər və Şəxs küçədə səs-küy saldığını görmüşlər və onu xidməti avtomobilə əyləşdirərək Polis Şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. X5 məhkəmə iclasında digər X4nun izahatına uyğun izahat verdi. İş materiallarında olan 25 fevral 2025-ci il tarixdə rayon X15 Kibercinayətkarlıqla Mübarizə Qrupu üzrə əməliyyat müvəkkili Murad Alıyev tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəisi Vəfalı Həsənalıyevə ünvanlanmış raportdan görünür ki, xx xxxxxxx 1981-ci ildə Yevlax rayonunda anadan olmuş, Yevlax rayonu, Aeroport qəsəbəsində qeydiyyatda olmaqla, Ağdaş rayonu, Qaradeyin kəndində yaşayan Şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən yaşadığı ünvanda saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumatlara əsasən onun həyətindəki yarımtikililər daxil olmaqla Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən yaşadığı evə və evin həyətinə baxış keçirilməsi məqsədi ilə Ağdaş Rayon Məhkəməsinin qərarına əsasən 25 fevral 2025-ci il tarixdə Ağdaş rayonu, Qaradeyin kəndində Şəxs yaşadığı evin qarşısında ona yaxınlaşaraq özlərini təqdim edərək Ağdaş Rayon Məhkəməsinin qərarını təqdim edərək yaşadığı ünvana baxış keçiriləcəyini bildirən zaman o, ucadan qışqıraraq səs-küy salmağa başlayaraq yaşadığı ünvana baxış keçirilməsinə maneə olaraq qanuni tələbinə qəsdən tabe olmadığı üçün ərazidə xidmət aparan rayon X16 Patrul Xidməti Bölüyünün polis nəfərləri polis serjantı Rəcəb Mayılov və polis serjantı Pərviz Əsgərov oraya çağırılaraq həmin şəxsi Ağdaş rayon Polis Şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. İş materiallarında olan arayışdan görünür ki, Şəxs inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon X10 hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış və yoxlama zamanı müəyyən olundu ki, vətəndaş Şəxs barəsində 21 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 26 fevral 2025-ci il tarixli, 290 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 26 fevral 2025-ci il tarixli, 712/2025 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs sidiyində THC (marixuana) aşkar edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 25 fevral 2025-ci il tarixdə saat 16:49-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 206-cı maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, ona inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həbsetmənin əvvəli 25 fevral 2025-ci il tarixdən, saat 16:49-dan hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs barəsində məcburi müalicə təyin edilməli, o, narkoloji dispanserdə qeydiyyata alınmalı və qərar bu hissədə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutulan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 1 (bir) ay 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq olunsun. Həbsetmənin əvvəli 25 fevral 2025-ci il tarixdən saat 16:49-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və Şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Şəxs ttəyin olunmuş narkomaniyadan məcburi müalicə inzibati həbs başa çatdıqdan sonra icra olunsun. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-102/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-102/2025
26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver