Məhkəmə qərarları › İş №3(014)-103/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-103/2022

26.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-103/2022 26.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X1 iştirakı ilə xx.xx.1990-cı il tarixdə Qəbələ rayonu Bum qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subayi, orta təhsilli, işləməyən, 25 fevral 2022-ci il tarixdə sat 18:00dan inzibati qaydada tutulmuş, Qəbələ rayonu Bum qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 26 fevral 2022-ci il tarixdə saat 15:25-də Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi 25 fevral 2022-ci il tarixdə saat 18 radələrində Qəbələ rayonu Bum qəsəbəsində yaşayan Şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etmişdir. Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X3 məhkəmə iclasında izah etdi ki, 25 fevral 2022-ci il tarixdə saat 18 radələrində Qəbələ rayonu Bum qəsəbəsində yaşayan Şəxs qanunsuz olaraq narkotik vasitə qəbul edərək, Ağdaş şəhəri M.İsayev küçəsində piyada gəzərkən, Ağdaş RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Ramin Bəkirov tərəfindən saxlanılaraq Ağdaş RPŞ-nə gətrilmiş, 25 fevral 2022ci il tarixdə sat 18:00-dan inzibati qaydada tutulmuş, sonra müayinə olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər Narkoloji Dispanserinə aparıldı, orada həkim narkoloqun müayinəsi zamanı Şəxs narkotik vasitə təsiri altında olduğu müəyyən edildi. Daha sonra Şəxs barəsində Azərbaycan Respublikasının 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatıda, narkotik vasitələrdən istifadə etdiyini, əvvəllər Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə məhkum olunduğunu, 25 fevral 2022-ci il tarixdə saat 18 radələrində Ağdaş şəhəri M.İsayev küçəsində piyada gəzərkən Ağdaş RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, daha sonra onu Mingəçevir şəhər Narkoloji Dispanserinə apardıqlarını, müayinə zamanı onun narkotik vasitənin təsiri altında olduğu müəyyən edildiyini bildirmişdir. Əməlindən səmimi olaraq peşmançılıq çəkməsini nəzərə alaraq ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdıraraq materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər Narkoloji Dispanserinin sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə tam sübuta yetir, buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mingəçevir şəhər Narkoloji Dispanserinin 25 fevral 2022-ci il tarixli 91 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktınından görünür ki, Şəxs narkotik sərxoşluq vəziyyəti vardır. İnzibati xəta haqqında materiala əlavə edilmiş inzibati qaydada tutuma haqqında 25 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 25 fevral 2022-ci il tarixdə saat 18:00da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın əməlindən səmimi peşmançılıq çəkməsi və əməlinin ağırlaşdırıcı hallarının olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, inzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalı və onun məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərar aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğdə cərimə edilsin. 25 fevral 2022-ci il tarixdə sat 18:00-dan inzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə zalından azad edilsin. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar