Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-104/2022 01.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, inzibati xəta törətmiş şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTBnin sahə rəisi polis baş leytenantı X2 iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 28 fevral 2022-ci il tarixdə saat 15:35-də Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi 17.11.2021-ci il tarixdə saat 20:55 radələrində ünvan 1 ünvanında yaşayan Şəxs üzərində təmiz çəkisi 0.96 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X5 məhkəmə iclasında izah etdi ki, 14 fevral 2021-ci il tarixli HK-1/1566 saylı qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işi başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikasının 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surəti Ağdaş RPŞ-nin İTB-nə göndərilmiş, Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X5 tərəfindən Şəxs barəsində 30 noyabr 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatıda, 17.11.2021-ci il tarixdə saat 20:55 radələrində Ağdaş RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamağı barədə onlarda məlumat olduğunu bildirərək onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində iki nəfər hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirildiyini, baxış zamanı əynində olan qara rəngli sinəsinə “NİKE” yazısı yazılmış idman paltarının sol yan cibindən bir ədəd sellofan büküm aşkar olunduğunu, daha sonra üzərindən aşkar edilmiş sellofan büküm açılan zaman icərisindən yaşıl rəngli kəskin iyi olan bitki kütləsinin aşkar edildiyini, bundan sonra aşkar olunmuş həmin bitki kütləsinin elektron tərzidə çəkildiyini və çəkisinin 0.96 qram olduğunu, sonra həmin maddə zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, baxış zamanı fotoşəkillər çəkildiyini, protokol tərtib olunduğunu, onun və digər proses iştirakçılarının heç bir şikayətlərinin olmadığından protokola imza etdiklərini bildirmişdir. Həmçinin Şəxs izahatında əməlindən peşman olduğunu, buna görə də onun barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 18 noyabr 2021-ci il tarixli, 17/809 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “....Şəxs üzərindən aşkar edilmiş....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi- 0.78 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İnzibati xəta haqqında materiala əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında 17 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 17 noyabr 2021-ci il tarixdə saat 20:35-də şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın əməlindən ağırlaşdırıçı, yüngülləşdirici və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, inzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalı və onun məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində cərimə tənbehi tətbiq edilməlidir. İş üzrə maddi sübut olan Ağdaş rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0.76 qram olan qurudulmuş marixuana məhv edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərar aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğdə cərimə edilsin. İş üzrə maddi sübut olan Ağdaş rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan ümumi təmiz çəkisi 0.76 qram olan qurudulmuş marixuana məhv edilsin. Qərarın icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-104/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-104/2022
01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver