Məhkəmə qərarları › İş №3(014)-105/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-105/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-105/2024 04.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, Zərərçəmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1965-ci ildə Ağdaş rayonunun Şordəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, Ağdaş rayonu, Qulbəndə kəndi qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon Polis şöbəsi tərəfindən tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2024-cü il tarixdə, saat 09:05 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində, “Qəbələ dördyolu” ərazisindəki dairəvi hərəkət təşkil olunmuş yolda sürücülük vəsiqəsi olmadan idarə etdiyi "VAZ 2105" markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə dairəyə daxil olarkən soldan gələn X2 idarə etdiyi “Vaz 21099” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobili gözləmədən onun yoluna çıxmış, bu zaman həmin avtomobilin sağ yan hissəsindən vuraraq zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Buna görə də onun barəsində xx.xx.2024-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon Polis şöbəsinin polis kapitanı X5 izahat verərək göstərdi ki, Ağdaş rayon Polis şöbəsi tərəfindən tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2024cü il tarixdə, saat 09:05 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində, “Qəbələ dördyolu” ərazisindəki dairəvi hərəkət təşkil olunmuş yolda sürücülük vəsiqəsi olmadan idarə etdiyi "VAZ 2105" markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə dairəyə daxil olarkən soldan gələn X2 idarə etdiyi “Vaz 21099” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobili gözləmədən onun yoluna çıxmış, bu zaman həmin avtomobilin sağ yan hissəsindən vuraraq zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, oğluna məxsus “Vaz 21099” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Onun sürücülük vəsiqəsi yoxdur. Hadisə zamanı maşında xəstə olduğundan həmin xəstəyə iynə-dərman almaq üçün tələsərkən Ağdaş şəhəri, H.Əliyev prospektində, “Qəbələ dördyolu” ərazisindəki dairəvi hərəkət təşkil olunmuş yolda an idarə etdiyi "VAZ 2105" markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə dairəyə daxil olarkən soldan gələn X2 idarə etdiyi “Vaz 21099” markalı, **- GU-*** dövlət qeydiyyat nişanlı avtomobili gözləmədən onun yoluna çıxmış, bu zaman həmin avtomobilin sağ yan hissəsindən vuraraq zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Özünü təqsirli bilir, əməlindən peşmandır. Bunları nəzərə alıb, ona yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə, saat 09:05 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində, “Qəbələ dördyolu” ərazisindəki dairəvi hərəkət təşkil olunmuş yolda öz yolu ilə gedərkən anidən qarşısına "VAZ 2105" markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomaşın çıxaraq onun idarə etdiyi “Vaz 21099” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsindən vuraraq ona maddi ziyan vurmuşdur. Ona dəymiş zərər sığorta tərəfindən ödəniləcəyindən onun Şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan hadisə yerinə baxış protokolundan görünür ki, Şəxs idarə etdiyi "VAZ 2105" markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq hissəsi, X2 idarə etdiyi “Vaz 21099” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi zədələnmişdir. İş materiallarında olan Ağdaş rayon Polis Şöbəsinin 04 mart 2024-cü il tarixli arayışından görünür ki, Şəxs barəsində son bir il ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü madəsinə əsasən inzibati xəta haqında protokol tərtib edilmədiyi müəyyən olunmuşdur. Beləliklə, Şəxs əməli barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül badən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, həmin Məcəllənin 32.1.7-ci maddəsinə əsasən vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43,114 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon X8 X10 həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar