Məhkəmə qərarları › İş №3(014)-106/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-106/2021

23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-106/2021 23.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Ağdaş rayonunun Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağdaş rayonu, Dəhnəxəlil ərazi dairəsi ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 11:00 radələrində tanışı Zərərçəkmiş şəxs yaşadığı evdə döyərək sağlamlığına zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati xəta törətməsini etiraf etməyərək bildirdi ki, Tahirə ilə iş yoldaşı olmuşlar. Tahirə ilə əvvəllər aralarında heç bir mübahisə və dava-dalaş olmamışdır. Lakin sonradan aralarında narazılıq yaranmışdır. Buna səbəb Tahirənin onun barəsində söylədiyi xoşagəlməz sözlər olmuşdur. Çünki o, bir neçə dəfə Tahirəyə maddi yardım göstərsə də, eşitdiyinə görə Tahirə digər adamlara onunla pula görə ünsiyyət qurduğunu demişdir. Zərərçəkmiş şəxs təhqiqata yalan ifadə vermiş, özü və Vəfa ilə Zərərçəkmiş şəxs arasında heç bir dava-dalaş baş verməmişdir. Nə özü, nə də Vəfa Zərərçəkmiş şəxs vurmamış, ona heç bir xəsarət yetirməmişlər. Tahirənin evinə Vəfa ilə birlikdə onunla aralarında yaranmış mübahisəni həll etmək niyyəti ilə getsə də, Tahirənin evinə daxil olduqdan sonra aralarında olan mübahisə daha da şiddətlənmişdir. Hazırda özünü təqsirli bilmir. Barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, təxminən bir ilə yaxındır Ağdaş şəhərində yaşayır. Bu zaman ərzində təxminən 7-8 aydır ki, Günel adlı şəxslə tanış olmuşdur. Lakin sonradan Günelin yüngül həyat tərzi keçirməsini öyrənmiş və onunla ünsiyyətini kəsmək istəmişdir. Günel isə onunla ünsiyyətini kəsmək istəməmişdir. Buna görə də bir neçə dəfə “whatsapp” proqramında aralarında mübahisə baş vermişdir. xx.xx.2020-ci il tarixdə, saat təxminən 11:00 radələrində yaşadığı evdə olmuşdur. Həmin vaxt Günel yaşadığı evə gəlmiş və içəri girər-girməz ona nalayiq ifadələr işlətməyə və azyaşlı uşaqlarının üstünə gəlməyə başlamışdır. Dərhal Günelin qabağına keçmiş və uşaqlarını ondan kənarlaşdırmışdır. Həmin vaxt Günelin yanında olan Vəfa Günelə “uşaqlarla işin olmasın, bizim sözümüz Tahirə ilədir” deyə söyləmişdir. Günelə və Vəfaya evindən çıxıb getmələrini və onlara heç bir işinin olmayacağını söyləmişdir. Həmin vaxt Vəfa və Günel onun nə üçün belə etməyini soruşmuşlar. Onlara hər ikisinin yüngül həyat tərzi keçirdiklərini və ona görə də onlarla ünsiyyət qurmaq istəmədiyini söyləmişdir. Bu zaman Vəfa və Günel ona nalayiq ifadələr işlətmişlər. Buna görə də aralarında mübahisə baş vermiş, mübahisə zamanı isə Günel sobanın yaxınlığında olan baltanı götürərək və bir dəfə balta ilə onun sağ əl nahiyəsindən, iki dəfə yenə də balta ilə sol yan nahiyəsindən (qabırğa) vurmuşdur. Bu zaman Vəfa onun saçından tutub dartmışdır. Həmin vaxt Vəfanı sifətindən tutub itələyib özündən kənarlaşdırmış və bir dəfə də təpiklə Günelin əlindən vurmuşdur. Günelin yerə yıxıldıqdan sonra Vəfa yenidən onun üstünə gəlmişdir. Vəfanı itələyərək onu özündən kənarlaşdırmışdır. Bu zaman isə Günel baltanın arxa hissəsi ilə iki dəfə onun sol ayaq nahiyəsindən vurmuşdur. Daha sonra isə Günel və Vəfa çıxıb getmişlər. Günel və Vəfa ilə aralarındakı mübahisə və dava-dalaş xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 11:00 radələrində Ağdaş şəhərində yerləşən yaşadığı evdə baş vermiş və 3-5 dəqiqə davam etmişdir. Dava-dalaş zamanı həm Güneli, həm də Vəfanı itələyərək özündən kənarlaşdırmışdır. Onları vurmamış, onlara heç bir xəsarət yetirməmişdir. Dava-dalaş zamanı Günel və Vəfaya nalayiq ifadələr işlətməmişdir. Günel və Vəfa isə ona nalayiq ifadələr işlətmişlər. Dava-dalaş zamanı Günel bir dəfə balta ilə onun sağ əl nahiyəsindən, iki dəfə də balta ilə sol yan nahiyəsindən (qabırğa) və iki dəfə balta ilə sol ayaq nahiyəsindən vurmuş, Vəfa isə saçından tutub dartmış və bir neçə dəfə şillə və yumruqla bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Dava-dalaş zamanı orada özündən, Günel və Vəfadan başqa heç kimin olmamışdır. Yaranmış səs-küyə qonşular gələrək onları aralamışlar. Hal-hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmamışdır və ona inzibati həbs növündə tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi Kərimov Sırac Şahmurad oğlu izahatında bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ilə Şəxs arasında ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı evdə şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülmüşdür. Şəxs və Zərərçəkmiş şəxs arasında olan dava-dalaş zamanı onların ictimai qaydanı kobud surətdə pozmaları, cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətlərini etməsi kifayət qədər sübutlarla öz təsdiqini tapmadığından, şəxsi münasibətlər zəminində başlamış hərəkətləri sonradan ictimai qaydanın uzun müddət kobud surətdə pozulması, cəmiyyətə açıq- aşkar hörmətsizlik ifadə edən hərəkətlərə keçmədiyindən, onların əməllərində Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin tərkibi əlamətləri yaranmamışdır. Həmçinin, Zərərçəkmiş şəxs RPŞ-yə ünvanladığı digər ərizəsində göstərdiyi xüsusat, yəni onun X4 tərəfindən döyülməsi toplanmış materialda öz təsdiqini tapmamışdır. Buna görə də toplanmış materialda cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Eyni zamanda, Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi Kərimov Sırac Şahmurad oğlunun xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə qərarlarından görünür ki, Şəxs RPŞ-yə gəlməsi mümkün olmadığından iş üzrə icraat xx xxxxxx 2021-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar