Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-106/2024 06.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 10 sentyabr 1959-cu ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, təqaüdçü, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 18 avqust 2023-cü il tarixdə saat təxminən 06:00 radələrində Ağdaş rayonu, Cardam kəndi ərasizində Cardam kənd sakini Zərərçəkmiş şəxs məxsus yonca sahəsindən ümumilikdə 296 manat dəyərində 74 bağ otunu oğurlamaqla maddi ziyan vurmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X5 bildirdi ki, Şəxs 18 avqust 2023-cü il tarixdə saat təxminən 06:00 radələrində Ağdaş rayonu, Cardam kəndi ərasizində Cardam kənd sakini Zərərçəkmiş şəxs məxsus yonca sahəsindən ümumilikdə 296 manat dəyərində 74 bağ otunu oğurlamaqla maddi ziyan vurmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbini pozmuşdur. Hadisə araşdırılaraq 1 mart 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra 5 mart 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, təxminən 10 il əvvəl Ağdaş rayonu, Cardam kəndinə 3,97 ha torpaq sahəsi almışdır. Sözügedən torpaq sahəsi ilə bağlı rəsmi sənədləri var idi. Ona məxsus olan torpaq sahəsi qonşuluğunda Ağdaş rayonu, Cardam kənd sakini 2-ci Qarabağ müharibəsi iştirakçısı Zərərçəkmiş şəxs məxsus olan torpaq sahəsi var idi. 2020ci il tarixdə Zərərçəkmiş şəxs razılığı ilə sonuncuya məxsus torpaq sahəsini icarəyə götürmüşdü. Zərərçəkmiş şəxs icarəyə götürdüyü torpaq sahəsi ilə yanaşı özünə məxsus olan torpaq sahəsini şumladaraq yonca əkmişdir. 2021-ci ildə yonca sahəsi biçilən zaman yoncanın az olduğu üçün həmin sahəni biçdirməmişdir. 2022-ci il tarixdə isə sözügedən yonca sahəsini biçərək götürmüşdür. 2023-cü il tarixdə Zərərçəkmiş şəxs 2-ci Qarabağ müharibəsində iştirak etməsini bəhanə edərək ona icarəyə verdiyi torpaq sahəsini ondan geri almış və Zərərçəkmiş şəxs torpaq sahəsini biçərək götürmüşdür. O, bununla bağlı Zərərçəkmiş şəxs irad bildirmişdir. Məhkəmə iclasında sualları cavablandıran Şəxs bildirdi ki, Ədilin atası Surət onlara gələrək torpaq sahələrinin olduğunu və həmin torpaq sahəsini icarəyə vermək istədiklərini bildirmişdir. Onlarda Surətlə razılaşmışlar və 600 manat məbləğində pul müqabilində və müqavilə əsasında həmin torpaq sahəsini icarəyə götürmüşlər. Həmin müqavilənin müddəti 2021-ci il tarixdə bitmişdir. 2006-cı ildə Surət Rusiyaya getmişdir və gəldikdən sonra Bakı şəhərindən torpaq alacağını, buna görə də pul lazım olduğunu, ona pul verməsini bildirmişdir. O, isə müqavilənin vaxtının bitmədiyini bildirərək ona pul vermişdir. Daha sonra Ədil döyüşə getmiş və döyüşdə olarkən müxtəlif bəhanələrlə ondan pul istəmişdir. Döyüşdən gəldikdən sonra Ədil ondan beş min manat məbləğində pul istəyərək bacısın övladının həkimə aparılması üçün pul lazım olduğunu bildirmişdir. Daha sonra Ədil ondan icarəyə verdikləri torpağı geri istəmiş, o, isə Ədilə icarə müqaviləsinin müddətinin bitmədiyini bildirmişdir. Həmçinin həmin torpaq sahəsinə vəsait sərf edərək oranı şumlatmış, toxum əkmişdir. Lakin bir müddət keçdikdən sonra torpaq sahəsinə gələrkən sahədə traktor olduğunu, həmin traktorun onun əkib becərdiyi torpaq sahəsini məhv etdiyini görmüşdür. O, Zərərçəkmiş şəxs nə olduğunu soruşduqda həmin torpaq sahəsinin özünə məxsus olduğunu və özünün əkib-becərəcəyini bildirmişdir. O, Ədilin bu hərəkətlərinə qarşı çıxsa da, Ədil onu təhqir etməyə başlamışdır. Bundan sonra həmin torpaq sahəsini Ədil özü əkib-becərmiş və onun torpaq sahəsindən istifadə etməsinə imkan verməmişdir. Bundan sonra ona ziyan dəydiyindən 18 avqust 2023-cü il tarixdə Ədilin həmin torpaq sahəsində ot bağlatdırdığını görmüşdür və həmin bağlanmış 74 yonca kipini götürərək özünə məxsus fərdi yaşayış evinə gətirmişdir. Hazırda həmin ot bağları həyətindədir. Hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, anası öldükdən sonra o, Rusiya Federasiyasına getmişdir. Daha sonra bacısı boşandığı üçün onun öhdəliyini özü üzərinə götürmək üçün Rusiyadan geri qayıtmışdır. Bir gün Akif ona zəng etmiş və bu zəngdən sonra o, Akifin yaşadığı evə getmişdir. Akif onun atasına məxsus torpaq sahəsini əkmək istədiyini bildirmiş və aralarında razılığa gəlmişlər. Atasına məxsus olan torpaq sahəsi ona məxsus torpaq sahəsi ilə eyni sərhəddə idi. Həmin torpağın Akifə verilməsinin müqabili olaraq Akif ona 1000 manat məbləğində pul vermişdir. O, 2019-cu il tarixdə Akiflə razılaşıb döyüşə getmiş, 2021-ci il tarixdə isə döyüşdən geri qayıtmışdır. O, özünə məxsus torpaq sahəsinə çıxarış alarkən müəyyən olunmuşdur ki, Akif onun torpaq sahəsində icazəsiz buğda əkmişdir. O, Akifdən həmin torpaq sahəsinin boşaldılmasını tələb etmiş və buğdanın yığılmasını gözləmişdir. Akif əkdiyi buğdanı yığdıqdan sonra o, bir müddət keçdikdən sonra özünə məxsus torpaq sahəsində olan otu bağ etdirmiş və getmişdir. Torpaq sahəsinə gələrkən həmin ot bağlarının Akif tərəfindən aparıldığını bilmiş və Akifdən vəsait xərcləyərək hazır etdiyi ot bağlarını geri tələb etsə də, Akif ot bağlarını ona qaytarmaqdan imtina etmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən ona dəymiş ziyanı ödəmiş və aralarında barışıq əldə edilmişdir. Şəxs heç bir şikayət və tələbinin yoxdur, onun barəsində olan icraata xitam verilməsini xahiş edir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə bu barədə ərizə təqdim etmişdir. İşin materiallarında olan 5 mart 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələblərini pozduğundan onun barəsində protokol tərtib edilmişdir. İşin materiallarında olan 6 mart 2024-cü il tarixli arayışdan görünür ki, Ağdaş rayon Polis şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış və vətəndaş Şəxs kartotekasında heç bir məlumat olmadığı müəyyən edilmişdir. İşin materiallarında olan 1 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək, Şəxs Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın sürətinin Ağdaş RPŞ-nin İTBnə göndərilməsi qərara alınmışdır. İşin materiallarında olan 1 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək, Şəxs Azərbaycan Respublikası İXMnin 564-cü maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın sürətinin Ağdaş RPŞ-nin İTBnə göndərilməsi qərara alınmışdır. İşin materiallarında olan 18 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İşin materiallarında olan 21 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında qərarın surətindən görünür ki, Ağdaş RPŞ-nin TB-nin rəisi, polis mayoru Rəşid Musayev vəsatətlə rayon prokurluğuna müraciət edərək Ağdaş RPŞ-nin TB-nin baş təqiqatçısı, polis baş leytenantı X7 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi və materialın araşdırılması üçün Ağdaş TB-yə qaytarılmasına dair vəsatəti təmin edilərək, Ağdaş RPŞ-nin TB-də toplanmış HK-1/1273 nömrəli material üzrə Ağdaş RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis baş leytenantı X7 18 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməsi və materialın əlavə araşdırmanın aparılması üçün Ağdaş RPŞ-nin Təhqiqat bölməsinə geri qaytarılması qərara alınmışdır. İşin materiallarında olan 28 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Ağdaş rayonu, Cardam kəndində yaşayan Zərərçəkmiş şəxs AZ.RES.DİN-in 102 xidmətinə müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Ağdaş rayon Polis şöbəsinə ünvanlanmış 6 oktyabr 2023-cü il tarixli məktubun surətindən görünür ki, Ağdaş rayonu, Cardam kənd ərazisində Zərərçəkmiş şəxs və ya Şəxs məxsus olmasını müəyyən etmək və torpaq sahəsinin döngə nöqtələrini müəyyən etmək üçün baxış keçirib yerin müəyyən edilməsi və nəticəsi barədə məlumatların Ağdaş RPŞ-nin Təhqiqat Bölməsinə təqdim edilməsi ilə bağlı 24 avqust 2023-cü il tarixli müraciətə əsasən qeyd edilmiş tədqiqat obyektinə baxışın keçirilməsi məqsədilə 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisi X3 rayonu ərazisində olmuş, tərəflərin iştirakı təmin edilmədiyindən çöl-ölçü işlərinin aparılması və tədqiqat obyektinə baxışın keçirilməsi mümkün olmamışdır. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Ağdaş rayon Polis şöbəsinə ünvanlanmış 15 dekabr 2023-cü il tarixli məktubun surətindən görünür ki, 17 saylı Yevlax Ərazi İdarənin mütəxəssisi X4 rayon Polis Şöbəsinin nümayəndəsinin və tərəflərin iştirakı ilə ünvan 1i ərazisində mübahisəli torpaq sahəsinə naturada baxış keçirilmiş, tərəflərin naturada göstərdiyi mübahisəli torpaq sahəsinin koordinatları müəyyən edilərək çöl-ölçmə işləri aparılmışdır. Aparılmış çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X6 X10nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" əsasında hazırlanmış Ağdaş rayonu, Yenicə bələdiyyəsinin (“X6 X10”ndə olan) xəritəsinə əsasən Zərərçəkmiş şəxs naturada istifadə etdiyi torpaq sahəsinin 2,46 ha hissəsi **********71 reyestr nömrəli çıxarışla Şəxs mülkiyyətinə verilmiş torpaq sahəsidir. İşin materiallarında olan 12 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında qərarın surətindən görünür ki, Ağdaş RPŞ-nin TB-də toplanmış HK-1/1624 nömrəli material üzrə Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Vüsal Əzənmədovun 28 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi və materialın əlavə araşdırmanın aparılması üçün Ağdaş RPŞ-nin Təhqiqat bölməsinə geri qaytarılması qərara alınmışdır. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX № ******* seriya nömrəli Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Cardam kəndinə yerləşən 3,9793 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar Şəxs xüsusi mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində 31 yanvar 2019-cu il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 saylı qərarı ilə JN-057A KOD 90314038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X11 və ailə üzvləri X13, X20, X9, X14, Zərərçəkmiş şəxs və X8 mülkiyyətinə Ağdaş rayonu, Cardam kəndində 0,38 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və koorperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-220 nömrəli KOD 90314038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, X11 və ailə üzvləri X15, X20, X9, X14, Zərərçəkmiş şəxs və X8 mülkiyyətinə Ağdaş rayonu, Cardam kəndində 4,92 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, e- 2(014)-634/2023 nömrəli qətnamədən görünür ki, iddiaçı Şəxs cavabdeh Zərərçəkmiş şəxs qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 18 avqust 2023-cü il tarixdə saat təxminən 06:00 radələrində Ağdaş rayonu, Cardam kəndi ərasizində Cardam kənd sakini Zərərçəkmiş şəxs məxsus yonca sahəsindən ümumilikdə 296 manat dəyərində 74 bağ otunu oğurlamaqla maddi ziyan vurmuşdur. Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmişə dəymiş maddi ziyanı ödəmiş və onunla barışmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib qeyd olunan hüquq normalarının tələblərinə əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün əlamətləri olmasına baxmayaraq inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmişlə barışdığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinin tələbinə görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10, 105, 110-115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-106/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-106/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver