Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-107/2021 23.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : xx.xx.2021-ci il tarixdə saat 17:00 radələrində Zərərçəkmiş şəxs Ağdaş şəhəri, Zeynəddin küçəsi ev 14-də oğlu Şəxs tərəfindən döyülmüşdür. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTBnin sahə rəisi, polis kapitanı X6 izah etdi ki, xx.xx.2021-ci il tarixdə saat 17:00 radələrində Zərərçəkmiş şəxs Ağdaş şəəhəri, Zeynəddin küçəsi ev 14-də oğlu Şəxs tərəfindən döyülmüşdür. Ağdaş RPŞ-nin TB-nin təhdiqatçısı, polis baş leytenantı X4 xx xxxxxx 2021-ci il tarixli HK-1/32 saylı və xx xxxxxx 2021-ci il tarixli HK-1/51 saylı qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs Ağdaş RPŞ-nə müraciət edərək xx.xx.2021-ci il tarixdə oğlu Ayxanın onu döyərək ona xəsarət yetirdiyini bildirmiş və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında, Zərərçəkmiş şəxs onun atası olduğunu, atası ilə aralarında tez-tez mübahisələr və dava-dalaşlar olduğunu, həmçinin narkotik vasitələr istifadə etdiyinə görə məhkum olunduğunu, atası Zərərçəkmiş şəxs yenidən onun tutulmağını istədiyini, xx.xx.2021-ci il tarixdə saat təxminən 17 radələrində yaşadıqları evdə atası ilə aralarında sözlə mübahisə olduğunu, lakin həmin mübahisə zamanı onu vurmadığını və mübahisənin daha da böyüməməsi üçün evdən çıxıb getdiyini, atasını vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə onunla atası Ərzimanın arasında baş verən mübahisələr zamanı orada özündən və atası Ərzimandan başqa heç kimin olmadığını, yaranmış səs-küyə heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dövlət hesabına təyin edilmiş müdafiəçidən imtina etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında Şəxs onun doğma oğlu olduğunu, aralarında tez-tez mübahisələr və dava dalaşlar olduğunu, oğlu Ayxanın əsəblərinin yerində olmadığını və onunla hər gün mübahisə etdiyini, həmçinin oğlunun narktoik vasitələr istifadə etdiyinə görə məhkum olunduğunu, xx.xx.2021-ci il tarixdə saat təxminən 17 radələrində oğlu Ayxanın yaşadıqları evə gələrək ona heç bir səbəb olmadan “bu evdən çıx” deyə söylədiyini, özü də ona “mən niyə bu evdən çıxmalıyam” deyə sual verdiyini, bunun üstündə oğlu Ayxanın onunla mübahisə etdiyini, mübahisə zamanı oğlu Ayxanın yumruqla baş nahiyəsindən və təpiklə belindən vurduğunu, ona heç nə demədiyini, Ayxanın da onu vurandan sonra çıxıb getdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs iş üzrə icraat aparılan şəxs Şəxs barəsində həbs qəti imkan tədbiri seçilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin və sahə rəisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanı törətməkdə təqsirlidir. Məhkəmə Şəxs inzibati törətməməsi ilə bağlı izahatına tənqidi yanaşaraq onu özünümüdafiə xarakteri kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi, iş materialları, izahatlar, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar və ekspetiza rəyi ilə tam sübuta yetirilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X1, Ağdaş MTE və PA şöbəsinin xx.xx.2021-ci il tarixli 15 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər- başın sağ təpə nahiyəsinin şişkinliyi(dərialtı hematoması) küt alət təsirindən törənmiş, törənmə müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X7 xx xxxxxx 2021-ci il tarixli qərarından da görünür ki, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə Zərərçəkmiş şəxs ilə Şəxs arasında yaşadıqları evdə aralarında şəxsi münasibətlər zəminində mübahisə və dava dalaş baş vermiş, mübahisə zamanı xx.xx.2021-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Bununla da Şəxs əməli Az. Res. İXM-nin 157-ci maddəsinin tərkibinə səbəb olmuşdur. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, inzibati xətanın mahiyyətini, xarakterini və işin hallarını nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında ən ağır tənbeh kimi iki ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, onun təqsirinin dərəcəsini, əvvəllər zərərçəkmişlə aralarında dəfələrlə ailə münaqişəsi olmasını, işin faktiki hallarını və əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx.xx.1992-ci il tarixdə Ağdaş rayonu, Yuxarı Zeynəddin kəndində anadan olmuş, Ağdaş şəhəri, Zeynəddin küçəsi 14-də qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Şəxs 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli inzibati qaydada tutulduğu vaxtdan xx.xx.2021-ci il tarixdən saat 15:20-dən hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-107/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-107/2021
23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver