Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-107/2024 06.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1987-ci ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, dərzi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq Ağdaş şəhəri, İ.Qaradağlı küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 2(014)-742/2023 nömrəli, 16 may 2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 670 manat pul və 30 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir və İsmayılov Şəxs 700 manat borcu üzürsüz səbəbdən ödəmir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-742/2023 nömrəli, 16 may 2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 670 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs xeyrinə verilməlidir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-742/2023 nömrəli, 16 may 2023cü il tarixli icra sənədi 11 sentyabr 2023-cü il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və həmin tarixdə tərəfindən icraata qəbul edilmişdir. İcra sənədləri icraata qəbul edildikdən sonra dəfələrlə borcluya bildiriş göndərilmiş, lakin Şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinə gəlməkdən yayınmışdır. Buna görə də Şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilməsinə Ağdaş Rayon Məhkəməsində qərar qəbul edilmişdir. Borclu Şəxs icra sənədləri üzrə borcun ödənilməsi tələb olunsa da o, borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, maddi imkanı yaxşı olmadığı üçün yaranmış borcu ödəyə bilməmişdir. Hazırda 300 manat ödəniş edə bilər, qalan borcu isə hər ay 100 manat məbləğində ödəyəcəyinə dair söz verərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs məhkəmə qətnaməsinə əsasən ümumilikdə 700 manat borcu var, lakin Şəxs bugünədək məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmışdır. Dəfələrlə borcun ödənilməsi tələb olunsa da, Şəxs borcundan heç bir ödəniş etməmişdir. Hazırda onun ödəyəcəyi məbləğlə razılaşır. Onun barəsində icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Şəxs tərəfindən ona 300 manat ödənildiyini, qalan borcun isə hər ay 100 manat ödəməyi öhdəsinə götürdüyünü qeyd edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan X2 Sistemindən icra məmurunun sorğularına alınmış cavablardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs adına hər hansı əmlakın və ya gəlirin olması müəyyən edilməmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli e- 2(014)-742/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 556 manat məbləğdə əsas borc, 114 manat məbləğdə cərimə borcu olmaqla, cəmi 670 manat məbləğdə borc, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul cavabdehdən tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 8(014)-16/2024 nömrəli, 9 fevral 2024-cü il tarixli qərardaddan görünür ki, Ağdaş Rayon Məhkəməsinin e-2(014)- 742/2023 nömrəli, 16 may 2023-cü il tarixli icra sənədi üzrə ünvan 1 ünvanında qeydiyyatda olan borclu Şəxs məcburi qaydada Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs icra məmurunun icra qeydinin icrası barədə tələblərini pozmamışdır. Onun Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzrsüz səbəbdən icra etməməsi məhkəmə iclasında təsdiq olunmadı. Digər tərəfdən təqdim olunmuş protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs icra qeydinin icrası ilə bağlı pozuntular öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında icra vərəqələrində nəzərdə tutulmuş borcun ödənilməsi ilə bağlı Şəxs bildiriş və xəbərdarlıq məktubları olsa da, həmin bildiriş və xəbərdarlıq məktublarının icra sənədləri üzrə borcluya verilməsi barədə heç bir məlumat yoxdur. İcra məmuru tərəfindən məhkəməyə göstərilənlərin əksini təkzib edəcək hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin, borclu Şəxs da borcu ödəməkdən yayınmayaraq məhkəmə iclasında tələbkara 300 manat ödəniş etmiş və hər ay 100 manat ödəməyə dair öhdəlik götürmüşdür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. “İcra haqqında” Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-107/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-107/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver