Məhkəmə qərarları › İş №3(014)-108/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-108/2021

25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-108/2021 25.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X4 və İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2021-ci il saat 18:00 radələrində Bağırov X5 Nihad Elnur oğlu ilə birgə Ağdaş rayonu Ləki qəsəbəsində yerləşən ASM-in anbarından 01 ədəd elektirik şiti və 02 ədəd çarpayı başlığını oğurlayaraq 50 (əlli) manat maddi zərər vurmuşdur. Faktla bağlı X3 haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon polis şöbəsinin xx xxxxxx 2021-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Ağdaş şəhəri, H.Əliyev prospekti 132b ünvanında yaşayan Ləki qəsəbəsində Ağdaş şəhəri, H.Əliyev prospekti 132b ünvanında yaşayan Ləki qəsəbəsində yerləşən ASM-nin bölmə müdiri X16 oğlu ərizə ilə RPŞ-nə müraciət edərək işlədiyi xəsdəxananın 1-ci mərtəbəsindən 1 ədəd elektrik şiti və 2 ədəd çarpayı başlığının naməlum şəxs və şəxslər tərəfindən oğurlanmasını bildirmişdir. Oğurlanmış predmetlərin dəyəri Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin tərkibini yaratmadığından, toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi əlaməti olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağdaş RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisiX6 oğlu izah etdi ki, İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2021-ci il saat 18:00 radələrində Bağırov X5 Nihad Elnur oğlu ilə birgə Ağdaş rayonu Ləki qəsəbəsində yerləşən ASM-in anbarından 01 ədəd elektirik şiti və 02 ədəd çarpayı başlığını oğurlayaraq 50 (əlli) manat maddi zərər vurmuşdur. Ağdaş RPŞ-nin İQ-nun müstəntiqi, polis mayoru X9 xx xxxxxx 2021-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Ləki qəsəbəsində ASM olduğunu, daim onun həyətində olduqlarını, həyətdə gözətçi olmadığını, təxminən 3 gün bundan qabaq saat təxminən 18:00 rradələrində tanışı X8 ilə mərkəzin həyətində olduqlarını, həmin zaman mərkəzin arxasında olan birmərtəbəli anbarın qapısının açıq olduğunu gördüklərini və oradan iki ədəd çarpayı başlığı və bir ədəd də elüktrik şitini götürdüklərini, elektrik şitinin içərisində heçnə olmadığını və ancaq şitin boş qabı olduğunu, həmin şiti və çarpayı baçlıqlarını oğurladıqlarınıvə oradan Ləki qəsıbısini mərkəzində olan köhnə dəmir qəbul edən Rəhman adlı şəxsin yanına getdiklərini, həmin əşyaları Rəhmana 6 manata satdıqlarını, bundan sonra həmin 6 manat pulu Nihadla böldüklərini bildirmişdir. Əməlindən səmimi olaraq peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı ödədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izah etdi ki, rəhbəri olduğu mərkəzin birinci mərtəbəsində olduğunu, həmin mətbəxdən indi ambar kimi istifadə etdiklərini, həmin anbara lazım olmuyan avadanlığı qoyduqlarını, həmin anbarda 02 ədəd köhnə xəstəxana çarpayısının başlıqlarını qoyduqlarını, həmin mətbəxdə 80-ci illərdən qalma bir ədəd də elektrik şiti olduğunu, elektrik şitinin mətbəxdə divardan asıldığını, sonuncu dəfə bir neçə gün bundan əvvəl baxdıqda şit və çarpayı başlıqlarının yerində olduğunu, dünən gecə həmin yerə baxdıqda şit və çarpayı başlıqlarının yerində olduğunu, dünən gecə həmin yerə baxdıqda şit və çarpayı başlıqlarının oğurladıqlarını bildiyini, buna görə də RPŞ-nə ərizə ilə müraciət etdiyini, oğurluq nətiçəsində mərkəzə təxminən 50 manat maddi zərər dəydiyini bildirmişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilmiş və Şəxs ilə barışmışdır. Məhkəmə iclasında ona dəymiş ziyan ödənildiyindən və Şəxs ilə barışdığından hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Ağdaş RPŞ-nin sahə rəisi X1 izahatlarını dinləyərək hesab edir ki, Şəxs AR İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanı törətməkdə təqsirlidir, lakin aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 39.2, 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi : N.M.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar