Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-108/2024 07.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon Polis şöbəsinin Yol Patrul Xidmətinin baş inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1996-cı ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 6 mart 2024-cü il tarixdə saat 17:58 radələrində “VAZ 21011 MİNİK” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vasitəsini idarə etmək hüququ olmadan narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin tələblərini pozmuşdur. İnzibati xəta haqqında protokolu tərtib edən Yol patrul xidməti inspektoru, polis serjantı X4 bildirdi ki, Şəxs iki gün əvvəl avtomobil idarə edərkən yol hərəkət qaydalarını pozduğundan onu Ağdaş rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində sərxoşluq vəziyyətinin müayinə edilməsi üçün tibbi müayinədən keçdikdən sonra Şəxs narkotik vasitə istifadə edərək avtomobil idarə etdiyi, eyni zamanda avtomobili sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilmişdir. Bundan sonra qanuni tədbir görülməsi üçün barəsində protokol tərtib edilərək baxılması üçün məhkəmə göndərilmişdir. Buna görə də Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, narkotik vasitə olan marixuanadan hərdən bir istifadə edir. Hadisə günü marixuanadan istifadə etmişdir, lakin marixuana istifadə etsə də şüuru açıq olur, buna görə də avtomobili sərbəst idarə edir. O, uzun müddətdir ki, avtomobil idarə edir və sürücülük vəsiqəsi almaq da istəmir. Əsas odur ki, o, avtmobil idarə etməyi bacarır. Ağdaş şəhərində Universamın yanında avtomobillə hərəkətdə olarkən yol patrul xidmətinin əməkdaşları onu saxlayaraq yol hərəkəti qaydalarını pozduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Narkotik vasitədən istifadə etməsinin müəyyən olunması üçün ilk növbədə Mingəçevirə, sonra isə Gəncəyə getmişdir. Nəticədə narkotik vasitə qəbul etdiyi müəyyən olunmuşdur. Burda qeyri adi bir şey yoxdur. Şahid qismində dindirilmiş X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Ağdaş rayon Polis şöbəsinin Yol Patrul Xidməti inspektoru, polis serjantı X4 ilə xidmətdə olarkən bir nəfər şəxsin avtomobil idarə edərkən yol hərəkət qaydalarını pozduğunu görmüşlər və həmin avtomobilin sürücüsünü saxlayaraq yol hərəkət qaydalarını pozduğunu izah edərək polis şöbəsinə dəvət etmişlər. Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün həmin şəxs tibbi müayinələrdən keçirilmiş və narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Bundan sonra Vüsal Əliyev tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşin materiallarında olan 6 mart 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 6 mart 2024-cü il tarixdə saat 17:58 radələrində “VAZ 21011 MİNİK” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vasitəsini idarə etmək hüququ olmadan narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. İşin materiallarında olan 6 mart 2024-cü il tarixli, 905/2024 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs sidiyində THC aşkar edilmişdir. İşin materiallarına olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 6 mart 2024-cü il tarixli rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 06 mart 2024-cü l tarixdə saat 17:55-də inzibati qaydada tutulmuşdur. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 334- 1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, şahid izahatı və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə sorğu edilən zaman Şəxs məxsus sürücülük vəsiqəsi olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir; 2.5-ci bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İXM-in 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, yəni əməlindən peşman olmamasını, törətdiyi əməli xəta kimi yox adi hal kimi qiymətləndirməsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Həbsetmənin əvvəli tutulduğu vaxtdan 6 mart 2024-cü il tarixdən saat 17:55-dən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1 (bir) ay müddətinə inzibati həbs tətbiq olunsun. Həbsetmənin əvvəli 06 mart 2024-cü il tarixdən saat 17:55-dən hesablansın. Qərarın icrası Ağdaş Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-108/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-108/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver