Məhkəmə qərarları › İş №3(014)-109/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-109/2024

08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-109/2024 08.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X8, Protokolu tərtib etmiş şəxs X4 iştirakları ilə Qəbələ rayon X35 Bölməsinin polis mayoru X5 21 oktyabr 2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X14 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ rayon X35 Bölməsinin polis serjantı X9 tərəfindən X14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 21 oktyabr 2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Qəbələ rayon X35 Bölməsinin polis mayoru X10 tərəfindən 21 oktyabr 2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında qərardan görünür ki, X14 21 oktyabr 2023-cü il tarixdə, saat 18:52 radələrində nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, buna görə də İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X2 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 şəhərində qeydiyyatda olsada, məcburi köçkün kimi Ağdaş şəhəri, M.İsayev küçəsi ünvanında yaşayır. Onun “Mercedes Benz ML 270 CDİ minik” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili var. 21 oktyabr 2023cü il tarixdə dostları X12, X21, X15, X13 və qeyriləri ilə Qəbələ rayonu, Vəndam kəndi ərazisində yerləşən meşədə çörək yeyib istirahət etmişlər. Bundan sonra evə gəlmək istəyən zaman o, spirtli içki qəbul etdiyindən avtomobili dostu idarə edirdi. Digər avtomobildə olan tanışları onlardan 5 dəqiqə əvvəl yola düşmüşdür. Bir qədər gəldikdən sonra təxminən 40-50 metr aralıda onların idarə etdiyi avtomobili Qəbələ rayon Polis şöbəsinin PPXB-nin əməkdaşlarının (Qəbələ rayon DYPB-nin əməkdaşları deyil) saxlatdığını görmüşlər. Dostu bir qədər aralıda ona məxsus avtomobili saxlamış və o, avtomobildən düşərək digər avtomobilin yanına gəlmişdir. Bu zaman orada həmin Qəbələ rayon Polis şöbəsinin PPXB-nin əməkdaşlarından hansı səbəbə dostunun avtomobilini saxlatdıqlarını soruşmuşdur. Bu zaman PPXB-nin əməkdaşı ona sərxoş olub-olmadığını soruşmuşdur. O, onlara spirtli içki qəbul etdiyini, lakin avtomobil idarə etmədiyini bildirmişdir. Lakin buna baxmayaraq PPXB-nin əməkdaşları ona sərxoşluğun müayinəsi üçün polis şöbəsinə getməli olduqlarını bildirmişdirlər. O, onlara bir daha avtomobil idarə etmədiyini, ümumiyyətlə onların avtomobil saxlamaq səlahiyyətlərinin olmadığını bildirsə də, buna məhəl qoymayaraq ona israrla müayinəyə getməyini bildirdilər. Bundan sonra polislərə heç bir müqavimət göstərmədən onların iştirakı ilə avtomobilinə qayıtdı. Onlar birlikdə həkim müayinəsinə getdilər. Yenə də ona məxsus avtomobili dostu idarə edirdi. Həkim müayinəsində sərxoş olduğu öz təsdiqini tapdı. Bundan sonra onun barəsində Qəbələ rayon DYPB-nin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildi. Həmin protokolla razılaşmadığını onlara bildirərək öz yaşadığı rayona qayıtdı. O, həmin protokolla razılaşmadığı halda elə həmin gün onun barəsində cərimə tətbiq edilmişdir. Həmin qərar ümumiyyətlə ona təqdim edilməmişdir. Qərarın surətini 14 noyabr 2023-cü il tarixdə almışdır. (Qərarın son yuxarı küncündə alınma tarixi var.) Halbuki, həmin vaxt avtomobili o deyil, dostu idarə etmişdir. Bunu orada olan PPXB-nin əməkdaşları da görmüşdülər. Hesab edir ki, barəsində Qəbələ rayon DYPB-nin polis mayoru X5 21 oktyabr 2023-cü il tarixli, TP6061136 saylı qərarı onun hüquqlarının pozulması ilə həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi Qəbələ rayon DYPB-nin polis mayoru X10 tərəfindən barəsində qərar qəbul edilərkən qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik prinsiplərinə əməl edilmir. Buna görə də Qəbələ rayon DYPB-nin polis mayoru X5 21 oktyabr 2023-cü il tarixli TP6061136 saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs X14 şikayətdə göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, hadisə baş verən gün o, sərxoş olsa da onun avtomobilini özü yox, tanışı Rəşad idarə etmişdir. O, polis əməkdşlarına bu barədə biıldirsə də polis əməkdaşları onun sözlərinə məhəl qoymayaraq vtomobili onun idarə etməsinə dair izahat tərtib edərək onun barəsində inzibati protokol tərtib etmişlər. Məhkəmə iclasında sualları cavablandıran Rəhim Qənbərov bildirdi ki, Valeh Əliyev və Rəşad Rəfiyev onunla eyni avtomobildə olmuşlar. O, polis şöbəsinə aparılarkən və orada izahat verərkən ona qarşı zor tətbiq edən, qanuna zidd hərəkətlər edən olmamışdır. O, polis şöbəsində gözləməkdən yorulduğu üçün polis əməkdaşının dediyi kimi izahat vermiş ki, şöbədən tez çıxsın. Alkotesterin nəticəsində də heç bir şey görmək mümkün olmur, hesab edir ki, orda belə sərxoşluğu düzgün müəyyən edilməmişdir. Rəşad hazırda ölkə xaricində olduğundan onun məhkəməyə gətirilməsi mümkün deyil. Odur ki, şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. X1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, Qəbələ Rayon Polis Şöbəsinin X35 bölməsi yol patrul xidməti baş inspektoru vəzifəsində işləyir. 21 oktyabr 2023-cü il tarixdə saat 18:52 radələrində xidmətdə olduğu zaman Qəbələ şəhəri istiqamətində hərəkətdə olan “Mercedes Benz ML 270 CDİ minik” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili içkili sürdüyünü görüb saxlamışlar. Həmin vətəndaşlar ovdan qayıtmışlar. Vətəndaş Qəbələ rayon Polis Şöbəsində verdiyi izahatında sərxoş olduğunu və sərxoş vəziyyətdə avtomobil idarə etdiyini etiraf etmiş, bundan sonra alkotester vasitəsi ilə müayinədən keçirilmiş və yüngül dərəcə sərxoş olması öz təsdiqini tapmışdır. Hadisənin baş verdiyi gündən uzun müddət keçdiyindən alkotesterin nəticəsini yenidən məhkəməyə təqdim etmək mümkün olmur, belə ki, alkotesterlə mütəmadi müayinələr keçirdikdə digər nəticələr silinir. İnzibati xəta haqqında protokolda inzibati xətanın aşkar olunmasında istifadə olunan xüsusi texniki vasitə barədə məlumatlar qrafasının qarşısında heç bir məlumat qeyd etməsə də hazırda həmin cihaz barədə ətraflı məlumatları məhkəməyə təqdim etmişdir. X7 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təxminən 3 gün bundan əvvəl tanışı Qəbələ rayonu Şəfili kənd sakini X22 ilə telefon danışığı zamanı ov etmək üçün sövdələşib və qərara gəldilər ki, X27 Nazirliyinin İsmayıllıda yerləşən şöbəsindən ov etmək üçün lisenziya alacağını bildirdi. Onlar oraya o, İlqar Nuhov, Oğuz rayon sakinləri ortaq tanışlarimiz Namiq və Ədalət adlı şəxslərlə getmək barədə planlaşdırmışlar. 21 oktyabr 2023-cü il tarixdə təxminən saat 07:00 radələrində ov etmək məqsədilə Qəbələ rayonu Məmmədağalı kəndində açıqlıq əraziyə getdilər. Bu zaman onlar nəqliyyat vasitəsində 8 nəfər oraya getmişdilər. O, Rəhimə məxsus və idarə etdiyi “Mercedes ML-350” markalı avtomobildə həmin əraziyə getdi. Onlar Qəbələ rayonunda Vəndam qəsəbəsində İlqar Nuhovla görüşdülər. O, özünə məxsus və idarə etdiyi “Mitsubisi L-200” markalı avtomobillə onlara yolu göstərdi. Onun idarə etdiyi avtomobildə özündən əlavə 2 nəfər şəxs də var idi. O, onları tam tanımırdı, lakin bir nəçə dəfə Qəbələ rayonunda olarkən görmüşdüm. Onlar Vəndamda görüşərkən əlavə olaraq biz təxminən 08:30 radələrində həmin əraziyə çatdıq. Oraya çatdıqdan sonra hər kəs avtomobildən endi və orada olanların hər biri özlərinə məxsus mülki silahlarını götürdülər. Silahları patronla doldurub və hazır vəziyyətə gətirdilər. Və ərazini gəzməyə başladılar. O, özünə məxsus “Şafak-arms” markalı, 12 kalibrli, 590-H22YT-139 nömrəli mülki ov silahını götürdü və patronla dolduraraq hazır vəziyyətə gətirdi. Silahda 5 ədəd hazır patron var idi. Həmin silahı oraya özü ilə getdiyi Rəhim adlı şəxsin avtomobilində yük yerində gətirmişdi. Onlar orada 15:00 radələrinədək oldular. Orada olduqları müddətdə nə qədər axtarsalarda ovlanılacak heyvan tapmadılar. Silahdan atəş açmamışlar. Silahı patronla dolu vəziyyətdə olmuşdur. Bir müddət sonra ov olmadığından avtomobillərin yanına toplaşmışlar. Hər biri silahlarını sökərək Rəhimin avtomobillrə qoymuşlar. Daha sonra meşədə yemək yemişlər bir neçə nəfər isə spirtli içki qəbul etmişdir. Yolda polis əməkdaşları onların avtomobillərini saxlamışlar. O, Rəhimə məxsus avtomobildə olmuşdur. Meşəlik sahədə avtomobili Rəhim idarə etmiş, lakin magistral yolda Rəşad idarə etmişdir. Polis əməkdaşları onlara özlərini təqdim edərək, araşdırma aparılması məqsədi ilə onları polis şöbəsinə dəvət etdilər, onlar etiraz etmədən onlarla şöbəyə getmişlər. Məhkəmə iclasında sualları cavablandıran Valeh Əliyev bildirdi ki, polis şöbəsində avtomobili Rəhimin idarə etməsini bildirməsinə səbəb Rəhimin ona “polis əməkdaşları sənə nə deyirlər yaz, çıxaq gedək burdan” deməsi olmuşdur. Polis şöbəsində ona qarçı qanunsuz hərəkətlər edən olmamışdır. O, həmçinin Rəhimin də qanunsuz hərəkətlərə məruz qalmasının şahidi olmamışdır. X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, Qəbələ Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsində polis sahə rəisi vəzifəsində işləyir. 21 oktyabr 2023-cü il tarixdə saat 18:52 radələrində xidmətdə olduğu zaman Qəbələ şəhəri istiqamətində hərəkətdə olan “Mercedes Benz ML 270 CDİ minik” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili içkili sürdüyünü, digər şəxslərin isə silahı saxlama qaydalarını pozduqlarını görüb onları şöbəyə gətirmişlər. Rəhimin izahatını şöbədə özü almışdır. Rəhim avtomobili sərxoş vəziyyətdə idarə etdiyini etiraf etmiş, həmçinin sərxoşluq müayinəsindən də keçmişdir, hazırda məsuliyyətdən yaxa qurtarmaq məqsədi lə bu cür izahat verir. Vətəndaşa heç bir təziq və ya təsir göstərilməmişdir. Rəhim hadisə barədə necə məlumat vermişsə izahat da o formada tərtib olunmuşdur, necə ola bilər ki, izahatdakı bütün məqamlar düzgün qeyd olunub, bir tək Rəhimin avtomobili idarə etməsi yanlış. İş materiallarında olan 21 oktyabr 2023-cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol Qəbələ rayon X35 Bölməsinin polis serjantı X9 tərəfindən X14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmişdir. İş materiallarında olan 21 oktyabr 2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, Qəbələ rayon X35 Bölməsinin polis mayoru X5 qərarına əsasən X14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 400 manat cərimə edilmişdir. İş materiallarında olan Ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamədən görünür ki, Almaniya istehsalı ACEZ-series tipli 642569 zavod nömrəli alkometr cihazı xx.xx.2023-cü il tarixdə yoxlamadan keçmişdir. Məhkəmə şikayət vermiş şəxsi və şahidləri dinləyib, şikayətə işin materialları ilə birlikdə baxaraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, Qəbələ rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş Rəhim Qənbərovun, həmçinin onunla eyni avtomobildə olan Valeh Əliyevin və X24 rayon Polis Şöbəsində verdikləri izahatlarından görünür ki, hər üçü avtomobili Rəhim Qənbərovun idarə etdiyini bildirmişlər, əlavə olaraq Rəhim Qənbərov özünə məxsus həmin izahatda, həmçinin şikayətində sərxoş vəziyyətdə olduğunu etiraf etmişdir. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilən Rəhim Qənbərov və Valeh Əliyev izahat verərkən və polis şöbəsinə gətirilərkən qanunsuz hərəkətlərə məruz qalmadıqlarını bildirmişlər. Əlavə olaraq Rəhim Qənbərov inzibati xəta haqqında protokolla tanış olmuş və həmin protokolla razı olmaması barədə protokolda heç bir qeydiyyat aparmamışdır. Odur ki, məhkəmə hesab edir ki, X14 hazırki şikayətində və məhkəmə iclasında izahatında göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri və məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıyır, eyni zamanda Rəhim Qənbərovun şikayətində göstərdiyi xüsusatlar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bu səbəbdən şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X8 Qəbələ rayon X35 Bölməsinin polis mayoru X10 tərəfindən qəbul edilmiş 21 oktyabr 2023-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət əsassız olduğundan təmin olunmasın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar