Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-111/2022 03.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1995-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 02.03.2022-ci il tarixdə saat 15:30 radələrində sürücülük hüququ olmadan idarə etdiyi avtomaşınla Ağdaş şəhəri M.İsayev küçəsində hərəkətdə olarkən avtomobilin şinlərindən tükirpədici səslər, yəni yolun səthi ilə sürtünməsi səsləri çıxarmış və yolun səthində çoxsaylı təkər izləri buraxmışdır. Avtomobili yüksək sürətlə hərəkət etdirib, müxtəlif manevrlər edən zaman idarəetməni itirərək, yolun sol hissəsindəki piyadalar üçün nəzərdə tutulmuş səkiyə vurmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon YPX tərəfindən 02.03.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, 02.03.2022-ci il tarixdə saat 15:30 radələrində bibisinə məxsus “Khazar” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri M.İsayev küçəsində hərəkətdə olarkən avtomobili yüksək sürətlə sürmüşdür. Avtomobilin təkərlərini yolun asvalt örtüyünə sürtdürərək, avtomobilin təkərlərindən tükirpədici səslər çıxararaq yol hərəkət qaydalarını davamlı olaraq pozmuşdur. Digər hərəkət içtirakçılarına və piyadalara təhlükə yaratmışdır. Avtomobili qəflətən sürətləndirərək, davamlı olaraq təkərləri yolun səthi ilə sürtdürərək, yolun səthində çox saylı təkər izləri buraxmışdır. Müxtəlif manevrlər edərək, avtoxuliqanlıq etmişdir. Avtoxuliqanlıq edən zaman idarəetməni itirmiş və avtomobil yolun sol hissəsindəki piyada səkisinə dəymişdir. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və etibarnaməsi yoxdur. Hadisə zamanı heç kim bədən xəsarəti almamışdır. Əməlindən peşmandır. Ona yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Yol patrul xidmətinin inspektoru polis leytenantı X2 izahatında bildirdi ki, 02.03.2022-ci il tarixdə saat 15:30 radələrində “Mercedes-Benz” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə Ağdaş şəhəri M.İsayev küçəsində xidmətdə olan zaman, avtomobilin təkərlərini yerin səthi ilə sürtərək, avtomobilin təkərlərindən tükirpədici səslər çıxardığı üçün “Khazar” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsu saxlanılmışdır. Sürücüyə yaxınlaşıb özünü təqdim edib, qayda pozuntusunu izah etdikdən sonra ondan sənədlərini istəmişdir. Lakin sürücünün sənədləri olmadığı üçün ad və soyadını bort kompüter vasitəsi ilə yoxlamışdır. Yoxlama zamanı məlum olmuşdur ki, həmin şəxsin sürücülük hüququ və etibarnaməsi yoxdur. Həmin zaman sürücüyə bildirilmişdir ki, nəqliyyat vasitəsi duracağa yerləşdiriləcəkdir. Bu zaman həmin sürücü yüksək səslə, səs-küy salaraq tabesizlik etməyə başlamışdır. Həmin şəxsi nizam intizama dəvət etsələr də, o, öz hərəkətlərini davam etdirmişdir. Sürücü Ağdaş RPŞ-yə gətirilmiş və növbətçi hissəyə təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 02.03.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs əvvəllər inzibati xəta törətdiyinə görə barəsində məhkəmə tərəfindən inzibati tənbeh tətbiq edilmişdir. Bu da onu mənfi xarakterizə edən haldır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həbs növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onu xarakterizə edən digər halları nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 03 mart 2022-ci il tarixindən, saat 12:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-111/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-111/2022
03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver