Məhkəmə qərarları › İş №3(014)-113/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-113/2025

28.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-113/2025 28.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X5, Ağdaş Rayon Polis X3 Bölməsinin polis sahə rəisi X10, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə 03 apreel 1976-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında yaşayan və qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Ağdaş Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsini inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X15 28 fevral 2025-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində səs-küy salaraq ünvansız küçə söyüşləri söyərək xırda xuliqanlıq etmiş, ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Ağdaş Rayon Polis X3 Bölməsinin polis sahə rəisi X16 məhkəmə iclasında izahatında göstərdi ki, 28 fevral 2025-ci il tarixdə Ağdaş rayon X30 Bölüyünün Yol rəhbərliyinə ünvanlanmış raporta əsasən 28 fevral 2025-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı Rövşən Mirzəyev ilə birgə xidmətdə olan zaman, “Mercedes Bens” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təhlükəsizlik kəmərini taxmamasını aşkar etmişlər, bundan sonra avtomobil sürücüsünə yaxınlaşaraq özlərini təqdim edərək ona qanun pozuntusu ilə bağlı məlumat verərək vətəndaşa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunacağını bildirmişlər, həmin zaman avtomobilin sürücüsünün hərəkətləri qeyri nizami olduğu üçün onun narkotik maddənin təsiri altında olmasını fikirləşmişlər, bu səbəbdən avtomobilin sürücüsünə narkoloji testdən keçməsi üçün narkoloji dispanserə getməsi nəzərinə çatdırılmış, lakin avtomobilin sürücüsü ucadan səs-küy salaraq onların qanuni tələbilərinə tabe olmamışdır. Onlar həmin şəxsə sakit olmasını bildirmələrinə baxmayaraq o, öz əməllərinə davam etdiyi üçün onu öz avtomobili ilə birgə Ağdaş rayon Polis şöbəsinə gətirmişlər. Ağdaş rayon X14 hissəsində həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs X15 izahat verərək göstərdi ki, o, 28 fevral 2025-ci il tarixdə səhər saatlarında Heydər Əliyev prospektində hərəkət edərkən Yol Patrul Xidmətinin əməkdaşları ona saxla əmrini vermişlər. O, da avtomobili saxlayaraq polis əməkdaşlarına məxsus xidməti avtomobilə yaxınlaşmışdır. Polis əməkdaşı ondan içki qəbul edib-etməməsini soruşmuş, o, da içki içmədiyini bildirmiş və polis əməkdaşlarının onu alkotesterlə müayinə edəcəkləri barədə təklifinə etiraz etməyərək polis əməkdaşlarının göstərişi ilə onların xidməti avtomobilinə əyləşmişdir. O, alkotesterlə müayinə edildikdə onun spirtli içki qəbul etmədiyi müəyyən olunmuşdur. O, avtomobildən enmək istəyən zaman maşının qapılarının bağlı olduğunu görmüş və polis əməkdaşlarından qapını açmalarını tələb etmişdir. Lakin polis əməkdaşları qapını açmayacaqlarını və onu narkotik vasitə qəbul edib-etməməsini müayinə etmək üçün müayinəyə aparacaqlarını bidirmişlər. O, buna etiraz edərək polis əməkdaşları ilə avtomobildə mübahisə etmişdir. Polis əməkdaşları bundan sonra Post Patrul Xidmətinin əməkdaşlarını çağırmışlar və o, gələn polis əməkdaşlarının idarə etdikləri xidməti avtomobilə əyləşmişdir. Əfqan Bilalov verilən sualları cavablandlraraq bildirdi ki, o narkoloji müayinədən keçirilməsi üçün Mingəçevir şəhərinə getmiş, müayinədən keçirilmiş, müayinənin nəticəsi ilə tanış olmuşdur. O, ilk dəfə 23 fevral 2025-ci il tarixdə narkotik vasitədən istifadə etmişdir. Belə ki, o, 23 fevral 2025-ci il tarixdə Ləki qəsəbəsinə tanış bir nəfər şəxsi material alması üçün aparmışdır. Onlar birlikdə material aldıqdan sonra həmin şəxsi ünvanına düşürmüş və daha sonra avtomobildə oturacağın yan tərəfində siqaret qutusu və qutunun icərisində yarım çəkilmiş vəziyyətdə narkotik vasitə görmüşdür. Həmin narktoik vasitəni özü ilə yaşadığı evə gətirərək evdə qəbul etmişdir. Bir daha həmin gündən sonra narkotik vasitə istifadə etməmişdir. Hadisə Ağdaş şəhəri, Heydər Əliyev prospektində baş vermişdir və həmin vaxt yaranmış səs-küyə xeyli insanlar toplaşmışdır. O, avtomobilində olan bıçağı çıxarıb polis şöbəsinə getməmək üçün özünü doğramaq istəmiş lakin polis əməkdaşları icazə verməmişlər. X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, 28 fevral 2025-ci il tarixdə saat 09:10 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı Emin Qasımovla birgə xidmətdə olan zaman, “Mercedes Bens” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təhlükəsizlik kəmərini taxmamasını aşkar etmişlər, bundan sonra avtomobil sürücüsünə yaxınlaşaraq özlərini təqdim edərək ona qanun pozuntusu ilə bağlı məlumat verərək vətəndaşa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunacağını bildirmişlər. Həmin zaman avtomobilin sürücüsünün hərəkətləri qeyri nizami olduğu üçün onun narkotik maddənin təsiri altında olmasını fikirləşmişlər, bu səbəbdən avtomobilin sürücüsünə narkoloji testdən keçməsi üçün narkoloji dispanserə getməsi nəzərinə çatdırılmış, lakin avtomobilin sürücüsü ucadan səs-küy salaraq onların qanuni tələbilərinə tabe olmamışdır. Onlar həmin şəxsə sakit olmasını bildirmələrinə baxmayaraq o, öz əməllərinə davam etdiyi üçün onu öz avtomobili ilə birgə Ağdaş rayon Polis şöbəsinə gətirmişlər. Ağdaş rayon X14 hissəsində həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. X8 məhkəmə iclasında digər X2nun izahatına oxşar izahat verdi. X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, 28 fevral 2025-ci il tarixdə 1 saylı şəhər postunda xidmətdə olarkən Yol Patrul Xidmətinin polis serjantı Emin Qasımov ona və digər postda olan Pərviz Əsgərova 1 nəfər şəxsin onlara Heydər Əliyev prospektində tabesizlik göstərməsi və onlara kömək lazım olduğuna dair məlumat vermişdir. Onlar dərhal deyilən ünvana yaxınlaşmışlar və bir nəfər şəxsin səs-küy salmasını görmüşlər. Onlar həmin şəxsdən ictimai asayişi pozmamasını tələb etsələr də həmin şəsx öz əməllərinə davam etmişdir. Bundan sonra həmin şəxsi gətirərək Ağdaş rayon X14 hissəsinə təhvil vermişlər. X7 məhkəmə iclasında digər X6nun izahatına oxşar izahat verdi. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş 2 ədəd DVD diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, üç nəfər Yol Patrul Xidmətinin əməkdaşları “Mercedes Bens” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü avtomobildən endirmək istəyirlər və aparılmış söhbətlərə baxmayaraq sürücü avtomobildən enmir. Daha sonra polis əməkdaşlarından bir nəfər şəxs telefonla danışır. Yenə də aparılan söhbətlər nəticə vermir. Həmin vaxt əraziyə Post Patrul xidmətinin avtomobili yaxınlaşır və Post Patrul Xidmətinin əməkdaşları sözügedən avtomobilə yaxınlaşırlar. Bundan sonra sürücü avtomobildən düşərək özünə məxsus avtomobilin açarını Yol Patrul Xidmətinin əməkdaşlarına verir və ona məxsus avtomobilin qapıları bağlanılır. Sürücü polis əməkdaşları tərəfindən Post Patrul Xidmətinə məxsus xidməti avtomobilə əyləşdirilir. Digər diskə baxış zamanı müəyyən olunur ki, Yol Patrul Xidmətinin əməkdaşları avtomobilin ön hissəsində əyləşmiş sürücüdən avtomobildən enməsini tələb edirlər. Həmin şəxs onların qanuni tləblərinə tabe olmur. Yenə də Polis əməkdaşları həmin şəxsdən polisin qanuni tələblərinə tabe olmasını tələb etsələr də həmin şəxs avtomobildən enməyəcəyini bildirir. Bundan sonra hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları yaxınlaşır. İş materiallarında olan 28 fevral 2025-ci il tarixdə Ağdaş rayon X30 X24 Xidmətinin inspektoru Emin Qasımov tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəisi Vəfalı Həsənalıyevə ünvanlanmış raportdan görünür ki, 28 fevral 2025-ci il tarixdə saat 09:10 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı Rövşən Mirzəyev ilə birgə **-YP-*** nömrəli keşik avtomobili ilə xidmətdə olan zaman, “Mercedes Bens” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təhlükəsizlik kəmərini taxmamasını aşkar etmişlər, bundan sonra avtomobil sürücüsünə yaxınlaşaraq özlərini təqdim edərək ona qanun pozuntusu ilə bağlı məlumat verərək vətəndaşa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunacağını bildirmişlər, həmin zaman avtomobilin sürücüsünün hərəkətləri qeyri nizami olduğu üçün onun narkotik maddənin təsiri altında olmasını fikirləşmişlər, bu səbəbdən avtomobilin sürücüsünə narkoloji testdən keçməsi üçün narkoloji dispanserə getməsi nəzərinə çatdırılmış, lakin avtomobilin sürücüsü ucadan səsküy salaraq onların qanuni tələbilərinə tabe olmamışdır. Onlar həmin şəxsə sakit olmasını bildirmələrinə baxmayaraq o, öz əməllərinə davam etdiyi üçün onu öz avtomobili ilə birgə Ağdaş rayon Polis şöbəsinə gətirmişlər. Ağdaş rayon X14 hissəsində həmin şəxsin Şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, X15 inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli 239 nömrəli əmrinə əsasən rayon X14 hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanıldı. Yoxlama zamanı müəyyən olundu ki, vətəndaş X1 heç bir məlumat yoxdur. İş materiallarında olan 28 fevral 2025-ci il tarixli, 724 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs sidiyində narkotik vasitə THC (marixuana) aşkar edilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X12 törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Əfqan Bilalovun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, onun şəxsiyyətini nəzərə alıb hesab edir ki, X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati həbs növündə tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar və ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. İşin materiallarında olan “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, X15 28 fevral 2025-ci il tarixdə saat 10:15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 28 fevral 2025-ci il tarixdən saat 10:15-dən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar