Məhkəmə qərarları › İş №3(014)-114/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-114/2021

15.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-114/2021 15.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi ilə xx.xx.1980-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat cərimə edilib. Eyni zamanda, Şəxs xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə təqsirli bilinib 40 (qırx) manat cərimə edilib. Bundan başqa, Şəxs xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinib 40 (qırx) manat cərimə edilib. Bundan başqa, Şəxs xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 (qırx) manat cərimə edilib. Bundan başqa, Şəxs xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 (qırx) manat cərimə edilib. Bundan başqa, Şəxs xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 (altmış) manat cərimə edilib. Həmin qərarları icra etmədiyi üçün Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə xx.xx.2021-ci il tarixdə AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, əvvəllər barəsində tərtib edilmiş yuxarıda göstərilən həmin qərarları qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs ona tətbiq edilmiş cəriməni ödəməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Eyni zamanda, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən 50 (əlli) manat, xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən 40 (qırx) manat, xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən 40 (qırx) manat, xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən 40 (qırx) manat, xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən 40 (qırx) manat cərimə olunmuş, həmin qərarlardan müvafiq olaraq 10 (on) və 20 (iyirmi) gün müddətində şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət nəzərə alınmaqla Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tərkibi yaransa da, qanunvericiliyin tələbinə görə inzibati xəta haqqında protokol dərhal tərtib edilməli olduğu halda Ağdaş RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru X2 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş protokol həmin məcəllənin 39-cu fəsilinə aid olmaqla, idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara aid olduğu üçün inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək inzibati tənbeh tətbiq edilə bilərdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar, xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar, xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar, xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar və xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarlar üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə müəyyən edilmiş inzibati məsuliyyətdən azad olunmalıdır. Lakin Şəxs xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 (altmış) manat cərimə edilsə də, həmin qərarın surətinin 2 (iki) gün müddətində ona təqdim olunması və 10 (on) gün müddətində şikayət verə bilməsi nəzərə alınmaqla, xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2021-ci il tarixdə onun həmin qərarı icra etməməsindən 3 ay müddət ötmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, həmin qərarı icra etməməsinə görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol və qərarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 9 (doqquz) ay müddətinə məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 9 (doqquz) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar