Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-114/2025 12.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, X2 iclas katibliyi Qərardan şikayət vermiş şəxs X3 Qərarından şikayət verilmiş orqanın nümayəndəsi, Qəbələ rayon Polis şöbəsinin X8 Bölməsinin inzibatı təcrübə üzrə baş inspektoru Nümayəndə iştirakları ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 26 fevral 2025-ci il tarixli, EQ 26307741 saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən 26 fevral 2025-ci il tarixli, EQ 26307741 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında qərardan görünür ki, X4 yol hərəkət qaydaları əleyhinə olan inzibati xəta törətmiş, buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək, 80 (səksən) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X1 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin EQ 26307741 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 80 manat məbləğində inzibati cərimə növündə və 2 bal tənbeh tətbiq edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında elektron qərarın tərtib olunmasına səbəb 26 fevral 2025-ci il tarixdə saat 12:16 radələrində idarə etdiyi özünə məxsus “Toyota Prado” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Qəbələ şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən avtomobili yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə saxlamaqla inzibati xəta törətməyi olmuşdur. Ona görə də Azərbaycan Respublikası DİN-in BDYPİ-nin EQ 26307741 saylı xx.xx.2025-ci il tarixli elektron qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat cərimə olunmuş və bu, 2 balla qiymətləndirilmişdir. Həmin qərarla razı deyil və aşağıda göstərdiyi əsaslara görə hesab edir ki, ləğv edilməlidir. Belə ki, o, prospektdə hərəkətdə olarkən avtomobilin sağ tərəfindən bir nəfər onu saxlatmışdır. Düşünmüşdür ki, yəqin təcili yardıma və ya hər hansı fövqəladə yardıma ehtiyacı var. O da avtomobili bir anlıq həmin vətəndaşın yanında saxlayanda onu da aparmasını bildirmişdir. O, bundan imtina edərək yoluna davam etmişdir. Həmin vaxt avtomobili dirəgər hərəkət iştirakçılarına maneə törətməmiş, qəza şəraiti və ya tıxac yaratmamış və ya hər hansı mənfi nəticələrə səbəb olmamışdır. Göründüyü kimi o, hərəkəti ilə heç bir inzibati xəta törətməmiş və hərəkətlərində inzibati xətanın tərkibi yoxdur. Onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə olunmağı barədə Azərbaycan Respublikası DİN-in BDYPİ-nin EQ 26307741 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və barəsində olan inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqanın nümayəndəsi, Qəbələ rayon Polis şöbəsinin X8 Bölməsinin inzibati təcrübə üzrə baş inspektoru Nümayəndə şikayətə etiraz etmiş və bildirmişdir ki, 26 fevral 2025-ci il tarixdə **-HG-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prado minik” markalı nəqliyyat vasitəsinin sürücüsü Qəbələ şəhəri, Heydər Əliyev prospektində həmin avtomobili yolun hərəkət hissəsində dayanmaqla, arxadan gələn nəqliyyat vasitələrinin yolunu kəsərək, yolda dayanmış piyada ilə söhbət etməklə digər sürücülərin hərəkətinə maneə yaratmışdır. Buna görə də sürücü X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə sürücüyə 80 (səksən) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilən inzibati xəta həmin əraziyə quraşdırılmış video qeydedici vasitəsi ilə qeydə alınmışdır. Belə olan halda isə inzibati xəta haqqında elektron qərar əsaslı olaraq qəbul edilmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işin materiallarda olan 26 fevral 2025-ci il tarixli, EQ 26307741 saylı inzibati tənbeh vermə haqqında saylı qərardan görünür ki, X4 idarə etdiyi **-HG-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prado minik” markalı nəqliyyat vasitəsi ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək, 80 (səksən) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İşin materiallarda olan CD diskdəki videodan görünür ki, **-HG-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prado minik” markalı nəqliyyat vasitəsinin sürücüsü həmin avtomobili yolun hərəkət hissəsində dayanmaqla, arxadan gələn nəqliyyat vasitələrinin yolunu kəsərək, yolda dayanmış piyada ilə söhbət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.5-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi burada qeyd olunan inzibati cəriməni həmin protokol ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında elektron qərar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin 1-ci bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır Beləliklə məhkəmə hesab edir ki, X3 şikayəti əsassızdır və onun inzibati xətanı törətməsi işin materialları ilə tam sübuta yetirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 26 fevral 2025-ci il tarixli, EQ 26307741 saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-114/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-114/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver