Məhkəmə qərarları › İş №3(014)-115/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-115/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-115/2025 18.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, X3 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6 qanuni nümayəndəsi Qanuni nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1992-ci ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Ağdaş şəhəri M.İsayev küçəsində idarə etdiyi “Mercedes Benz C230 minik” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 2101 minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, həmin vaxt Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 2101 minik" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs6 Ağamuşa oğlu, Zərərçəkmiş şəxs1 sağlamlığına yüngül zərər vuran, X1 zərər vurmayan, Zərərçəkmiş şəxs4 sağlamlığa az ağır zərər vuran, Zərərçəkmiş şəxs3 az ağır zərər vuran xəsarətlər aldığını, Zərərçəkmiş şəxs2 sağlamlığa ağır zərər vuran xəsarətlər almış, eyni zamanda Zərərçəkmiş şəxs7 məxsus “VAZ 2101 MİNİK” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs5 məxsus “Opel Vectra” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs8 məxsus “Mercedes Benz C230 minik” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobillərə maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Ağdaş rayon Polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı X2 21 fevral 2025-ci il tarixli qərarına əsasən yol-nəqliyyat hadisəsi əsasında toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Ağdaş rayon Polis şöbəsinin DYPB-yə göndərilmişdir. Bununla əlaqədar 25 fevral 2025-ci il tarixdə Ağdaş rayon Yol Patrul Xidmətinin baş inspektoru, polis baş leytenantı X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib edilmiş, inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X8 izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Ağdaş şəhəri M.İsayev küçəsində idarə etdiyi “Mercedes Benz C230 minik” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 2101 minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, həmin vaxt Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 2101 minik" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətə pozulması, Zərərçəkmiş şəxs6 Ağamuşa oğlu sağlamlığa yüngül zərər vuran, X1 zərər vurmayan, Zərərçəkmiş şəxs4 sağlamlığa az ağır zərər vuran, Zərərçəkmiş şəxs3 sağlamlığa az ağır zərər vuran xəsarətlər aldığını, Zərərçəkmiş şəxs2 sağlamlığa ağır zərər vuran xəsarətlər almış, eyni zamanda Zərərçəkmiş şəxs7 məxsus “VAZ 2101 MİNİK” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs5 məxsus “Opel Vectra” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs8 məxsus “MERCEDES BENZ C230 MİNİK” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobillərə maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Ağdaş rayon Polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı X2 21 fevral 2025-ci il tarixli qərarına əsasən yol-nəqliyyat hadisəsi əsasında toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi inzibati tədbir görülməsi üçün qərarın surəti Ağdaş rayon Polis şöbəsinin DYPB-nə göndərilmişdir. Bununla əlaqədar 25 fevral 2025-ci il tarixdə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib edilmiş, inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbiri görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. “Mercedes Benz C230 minik” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs8 məxsusdur. Həmin avtomobili etibarnamə əsasında idarə edir. Avtomobil idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi var. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində idarə etdiyi "Mercedes Benz C230 minik" markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 50 km/saat sürətlə Ağdaş şəhəri, M.İsayev küçəsində Ağdaş şəhəri, S.Vurğun küçəsi istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt təxminən 20 metr qarşıdan sol tərəfdən küçədən qırmızı rəngli “VAZ 2101” markalı avtomobilin yolun hərəkət hissəsəsinə çıxıb ordan da yolun sağ hərəkət zolağına çıxıb yolun sağ tərəfində Ağdaş şəhəri, S.Vurğun küçəsi istiqamətində dayandığını görmüş, həmin avtomobilə təxminən 10-15 metr qalmış anidən həmin avtomobilin sol hərəkət zolağına doğru hərəkətə etməyə başladığını görmüşdür. Lakin yol-nəqliyyat hadisəsinin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin ön hissəsi ilə "VAZ 2101” markalı avtomobilin sol orta hissənini vurmuş və toqquşma baş vermişdir. Həmin vaxt həyəcan keçirtdiyi üçün bir neçə dəqiqə avtomobilin içərisində qalmış, daha sonra özünə gəldikdən sonra avtomobildən düşüb həmin avtomobilin yanına getmişdir. Həmin vaxt ətrafda olan şəxslər 103 xidmətinə məlumat vermişlər, təxminən 5-10 dəqiqə müddətində TTYX hadisə yerinə gələrək xəsarət alan şəxsləri xəstəxanaya aparmışlar. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Hadisə baş verən zaman idarə etdiyi avtomobildə yük olmamışdır. Yol-nəqliyyat hadisəsi törətməyi nəticəsində xəsarət almış şəxs və ya onun ailə üzvləri ilə aralarında hər hansı bir düşmənçilik va ya ədavət olmamış, ümumiyyətlə həmin şəxsləri tanımır. Hadisə zamanı avtomobildə tək olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hər hansı bir xəsarət almamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəmişdir. Ona cərimə cəzası verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 izahatında bildirdi ki, baş vermiş yol nəqliyya hadisəsi zamanı ona məxsus “Opel Vectra” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanlıq ödənilmişdir. Şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 izahatında bildirdi ki, baş vermiş yol nəqliyya hadisəsi zamanı ona məxsus “VAZ 2101 MİNİK” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanlıq ödənilmişdir. Şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, Şəxs tərəfindən ona dəymiş ziyanlıq ödənilmişdir. Buna görə də Şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında bildirdi ki, Şəxs tərəfindən ona dəymiş ziyanlıq ödənilmişdir. Buna görə də Şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında zərərçəkmiş şəxslər X4, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8 xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iştirak etməyən zərərçəkmiş şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 21 fevral 2025-ci il tarixli cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqqında qərarından görünür ki, Şəxs qeyd olunan inzibati xətanı törədən zaman sərxoş olmamışdır. yol-nəqliyyat hadisəsi əsasında toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi inzibati tədbir görülməsi üçün qərarın surəti Ağdaş rayon Polis şöbəsinin DYPBnə göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Ağdaş şəhəri M.İsayev küçəsində idarə etdiyi “Mercedes Benz C230 minik” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 2101 minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, həmin vaxt Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 2101 minik" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs6 Ağamuşa oğlu, Zərərçəkmiş şəxs1 sağlamlığa yüngül zərər vuran, X1 zərər vurmayan, Zərərçəkmiş şəxs4 sağlamlığa az ağır zərər vuran, Zərərçəkmiş şəxs3 xəsarətlər aldığını, Zərərçəkmiş şəxs2 sağlamlığa ağır zərər vuran xəsarətlər almış, eyni zamanda Zərərçəkmiş şəxs7 məxsus “VAZ 2101 MİNİK” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs5 məxsus “Opel Vectra” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs8 məxsus “MERCEDES BENZ C230 MİNİK” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobillərə maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 32-ci maddəsinə əsasən sonuncunun ona qarşı heç bir şikayətinin olmamasını, əməlindən peşman olmasını bildirməsi, hadisə zamanı sərxoş olmamasını, zərərçəkmiş şəxslərin ondan şikayətmçi olmamaları, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməsi və ona cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar