Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-12/2024 22.01.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakimi Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 iclas katibliyi, X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1961-ci ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə Ağdaş rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə Şəxs vəzifə təlimatının işçisinin vəzifələri hissəsinin 33; 36cı bəndinin tələblərinə riayət etməməsi nəticəsində Elektrik montyoru X6 yüngül xəsarət almasına səbəb olmuşdur. Ağdaş rayon prokurorunun köməkçisi X12 06 aprel 2023-cü il cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə X1 əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da, X5 tərəfindən İXM-in 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə 06 aprel 2023-cü il tarixdə Ağdaş rayon prokuroru tərəfindən qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə istirahət günü olmasına baxmayaraq şəbəkəyə gəlmişdir. Bir müddət keçdikdən sonra Malay və Pirəyir kəndindən ona işıqların sönməsi ilə bağlı zəng gəlmişdir. O, da Malay xəttinin açıq olduğunu bilib Sahib Ağayevi və Yusif Kazımov ilə birlikdə baxış keçirməyə getmişdir. Dayaqda izolyatorun çıxdığını görüb Malay xətti bilib səhvən başqa gərginlik olan xəttə girmişlər. İdarəyə heç bir məlumat vermədən çıxmış izolyatoru yüngül iş bilib Sahib Ağayevi izolyatoru yerinə taxmasına dair göstəriş vermişdir. İzolyatoru yerinə taxmaq istəyərkən yaxınlaşma məsafəsinə az qalmış cərəyanın təsirinə məruz qalmışdır. Özü yerə enmiş və Sahib Ağayevin əlinin yandığını bilmişdir. Bundan sonra dərhal sonra X13 rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Orada ona ilkin tibbi yardım göstərilmiş və xəsarətinin yüngül olduğu bildirilmişdir. İşçiləri təlimatlandırmaq vəzifəsinin olduğunu bildirərək ona güngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi X7 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu ərazisində texniki təhlükəsizlik, əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs sahibkarlıq fəaliyyətini həyata keçirərkən texniki təhlükəsizlik, əmək mühafizəsinin başqa qaydalarının pozulması nəticəsində elektrik mantyoru X6 ehtiyatsızlıqdan sağlamlığına yüngül zərərin vurulmasına səbəb olmuşdur. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunamüvafiq qaydada inzibati tənbeh edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və X2 281 nömrəli xx.xx.2023-cü il tarixli rəyinin surətindən görünür ki, X6bədənində olan xəsarətlərdən – alın nahiyəsinin, burun yəhərinin, üzün sağ nahiyəsinin sıyrıqları küt alət təsirindən törənmiş, sağ əlin üst səthinin İ-İİ-İİİ barmaqlarının İİ-İİİ dərəcəli, sağ əlin üst səthinin daraq sümükləri proyeksiyasının İİ dərəcəli yanıqları texniki elektriklə zədələnmə nəticəsində törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə görə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 10 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-12/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-12/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver