Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-120/2021 09.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mübariz oğlu, Məhkəmə iclas katibi X12 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1, şahit X3 və İnzibati xəta haqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi, polis leytinantı X4 iştirakı ilə Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : xx.xx.2021-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Fərid” adlı kafedə saat 19:30 radələrində səs-küy salaraq münaqişə yaratmış və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Ağdaş rayon polis şöbəsinin sahə rəisi polis leytenantı Kərimov Sırac Şahmurad oğlu məruzə edərək bildirdi ki, xx.xx.2021-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Fərid” adlı kafedə saat 19:30 radələrində səs-küy salaraq münaqişə yaratmış və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Raporta əsasən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında, ailə üzvləri ilə birlikdə Ağdaş rayonu, Gürcüva kəndində yaşadığını, xx xxxx 2021-ci il tarixdə saat 19:30 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “Fərid” adlı kafedə əsəbləşərək səs-küy saldığını, bir az sonra polis əməkdaşlarının gəldiyini, onu polis şöbəsinə dəvət etdiklərini, bu zaman o polis şöbəsinə getməkdən imtina edərək polis əməkdaşlarının qanuni tələbinə tabe olmadığını bildirmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi olaraq peşmandır, gələcəkdə belə hallara yol verməyəcəyinə söz vermişdir. Hazırda əməlindən peşmandır və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsi barədə qərar verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxsizahatında, ailə üzvləri ilə birlikdə Ağdaş şəhəri, M.Ə.Rəsuzadə küçəsində yaşadığını, xx xxxx 2021-ci il tarixdə saat 19:30 radələrində işlədiyi Ağdaş şəhər, H.Əliyev prospektində yerləşən “Fərid” adlı kafedə müştəri qismində iştirak edən Məhəmməd adlı şəxs sərxoş vəziyyətdə münaqişə yaratdığını və orada səs küy saldığını bildirmişdir. Məhkəmədən onunla bağlı qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X9 izahatında, xx xxxx 2021-ci il tarixdə Ağdaş RPŞ-də əməliyyat-istintaq qurupunda olarkən münaqişə ilə əlaqədar olaraq 102 məlumatına yollandıqlarını, Məhəmməd adlı şəxsin “Fərid” adlı kafedə səs-küy salaraq münaqişə yaratdığını, onu polis şöbəsinə dəvət etdiklərini, lakin o maşına əyləşməkdən imtina edərək qərəzli hərəkətlərə yol vermədiyini, polisin qanuni tələbinə məhəl qoymadığını. Bununla bağlı polis şöbəsində raportla müraciət etdiyini bildirmişdir. İş materiallarında olan Ağdaş RPŞ-nin sahə rəisi, polis leytenantı X2 tərtib etdiyi MN1004723 nömrəli xx.xx.2021-ci ilo tarixli inzibati qaydad tutulma protokolundann görünür ki Şəxs xx.xx.2021-ci il tarixdə saat 19:45-də inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Ağdaş rayon polis şöbəsinin sahə rəisi polis leytenantı Kərimov Sırac Şahmurad oğlunu və Zərərçəkmiş şəxs, şahid X6 dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. AR İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tamamilə sübuta yetirilir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir Şəxs öz hərəkətləri ilə eyni vaxtda iki inzibati xəta törətdiyi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulduğu üçün X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə AR İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. İşin faktiki hallarını, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, ağırlaşdıran halların olmamasını, əməlindən səmimi peşmançılığını yüngülləşdirən hal kimi nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx.xx.1995-ci il təvəllüdlü, Ağdaş rayonu, Maşad kəndində anadan olmuş, Ağdaş rayon, Gürcüva kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddəsi ilə təqsirli bilinib 535.1-ci maddəsinə əsasən 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxx 2021-ci il tarixdən saat 19:45-dən hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-120/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-120/2021
09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver